Mustafa Şentop: “Türkiyə Rusiya və Ukrayna ilə danışıqları davam etdirir"

Mustafa Şentop: “Türkiyə Rusiya və Ukrayna ilə danışıqları davam etdirir"
DÜNYA
18:37 25.02.2022
342
"Hər iki tərəflə danışıqlarımız davam edir".

Bunu Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Rusiyanın Ukraynaya hərbi müdaxiləsini şərh edərkən söyləyib.

"Ukrayna ilə Rusiya arasında Minsk razılaşması var. Problemi diplomatik yolla həll etmək lazımdır. Gərginlik dinc yolla həll edilməlidir. Əks halda region və dünya üçün təhdid yaranacaq. Biz bu istiqamətdə hər iki tərəfə çağırışlarımızı davam etdiririk. İnanırıq ki, çox qan tökülmədən məsələ dinc yolla həllini tapar”, - o bildirib.

OXŞAR XƏBƏRLƏR