Ötən gün Mustafa Cecelinin özündən 20 yaş kiçik sevgilisi Melis Sütşurup və eks-arvadı Emina Yahoviç restoranların birində qarşılaşıb.
Qapının girişində Emina yanından keçən Melisi çiyni ilə vurub. Bu zaman yerində büdrəyən Sütşurup əsəbiləşsə də, Yahoviçə cavab verməyib.
Qeyd edək ki, Mustafa və Emina bir müddət əvvəl boşanıblar. Onlar boşandıqdan sonra Emina iş adamı Saadettin Saranla eşq yaşamağa başlasa da, münasibətləri uzun çəkməyib.
/// axşam.az