"Müstəqil Azərbaycanın siyasi inkişafında tarixi missiya və strateji liderlik"

"Müstəqil Azərbaycanın siyasi inkişafında tarixi missiya və strateji liderlik"
SİYASƏT
15:00 19.11.2025
107
1992-ci il 21 noyabr tarixində Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis konfransı Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsi olmuşdur. O dövrdə ölkənin içtimai-siyasi vəziyyəti, dərin böhran, idarəetmə xaosu, separatçı təhdidlər və müharibə reallığı milli dövlətçiliyin məhv olmaq təhlükəsini gündəmə gətirirdi. Belə bir zamanda Azərbaycanın görkəmli ziyalılarının, ictimai-siyasi xadimlərinin təşəbbüsü ilə yeni siyasi qüvvənin yaradılması təkcə siyasi hadisə deyil, milli məsuliyyətin ifadəsi idi.

Ulu Öndər Heydər Əliyevin dəyərli sözləri ilə desək, "Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır.” Bu tezis bu gün həm siyasi, həm ideoloji, həm də institusional mənada özünü tamamilə doğruldur.

Yeni Azərbaycan Partiyasının təsis edilməsi məhz Azərbaycanın ağır günlərinin məhsulu idi. Dövlət institutları çökmüş, cəmiyyət ideoloji boşluğa düşmüş, dövlət idarəçiliyi dərin siyasi böhran yaşamışdı.

Bu şəraitdə Azərbaycan ziyalıları ölkəni xilas edə biləcək yeganə yolun təcrübəli, nüfuzlu və milli düşüncəli liderin – Heydər Əliyevin ətrafında siyasi birlik yaratmaq olduğunu dərk etdilər. Onların təşəbbüsü ilə ölkənin müxtəlif bölgələrini təmsil edən yüzlərlə nümayəndə yeni siyasi qüvvənin yaradılması üçün bir araya gəldi.

Yeni Azərbaycan Partiyası həmin dövr üçün:
dövlətçilik ideyasını qorumağı,
milli maraqları müdafiə etməyi,
ölkəni böhrandan çıxarmağı,
real siyasi alternativ yaratmağı qarşısına məqsəd qoymuşdu. Bu baxımdan YAP-ın yaranması təkcə siyasi hadisə deyil, xalqın öz dövlətinə sahib çıxma iradəsinin ifadəsi idi.

Azərbaycanın müasir tarixində xüsusi yer tutan "91-lər”in müraciəti cəsarətin, milli iradənin və dövlətçilik məsuliyyətinin nümunəsi kimi qiymətləndirilir. Müraciəti imzalayan ziyalılar ölkədə baş verən proseslərin qarşısını almağın, milli parçalanmanın dərinləşməsinin, dövlət idarəçiliyindəki xaosun aradan qaldırılmasının yeganə yolunu Heydər Əliyevin siyasi səhnəyə qayıdışı kimi görürdülər.

Ulu Öndər Heydər Əliyev müraciətə cavab olaraq Yeni Azərbaycan Partiyasının yaradılmasını "obyektiv zərurət” adlandırmış və bildirmişdi ki, belə bir siyasi təşkilat müstəqil dövlətin möhkəmləndirilməsində tarixi rol oynaya bilər. Şübhəsiz ki, tarix bu uzaqgörən fikrin doğruluğunu tam sübut etdi.
Yeni Azərbaycan Partiyasının təsis konfransı 21 noyabr 1992-ci ildə Naxçıvanda keçirilmiş və ölkənin bütün bölgələrindən olan 550 nümayəndəni birləşdirmişdir. Konfransda:

partiyanın yaradılması haqqında qərar qəbul edilmiş,
Nizamnamə və Proqram təsdiqlənmiş,
Heydər Əliyev yekdilliklə partiyanın sədri seçilmiş,
Siyasi Şura və İdarə Heyəti formalaşdırılmışdır.
Bu tarixi qərar müstəqil Azərbaycan dövlətinin taleyini dəyişən prosesin əsasını qoydu. YAP-ın yaranması ilə ölkədə siyasi sistemin yenidən qurulması, dövlət institutlarının bərpası və milli ideyanın möhkəmlənməsi üçün real əsas formalaşdı.
Ulu Öndər Heydər Əliyevin rəhbərliyi sayəsində Yeni Azərbaycan Partiyası çox qısa zaman ərzində cəmiyyətin aparıcı siyasi qüvvəsinə çevrildi. YAP-ın əsas fərqləndirici cəhətləri bunlar idi:
dövlətçilik ideologiyasına sadiqlik,
xalqla birbaşa əlaqə,
konstruktiv siyasi dialoq,
peşəkar idarəetmə və siyasi məsuliyyət,
demokratik prinsiplərə uyğun fəaliyyət.

Ulu Öndər Heydər Əliyevin qeyd etdiyi kimi, YAP həqiqətən də "dünənin, bu günün və sabahın partiyası” səviyyəsinə yüksəldi. Partiyanın güclü institusional strukturu və liderlik fəlsəfəsi onun ölkədə sabitliyin təmin edilməsində və inkişaf strategiyasının formalaşmasında həlledici rolunu möhkəmləndirdi.
Yeni Azərbaycan Partiyası yaranan gündən ölkədə milli həmrəyliyin gücləndirilməsi, sabitliyin və davamlı inkişafın təmin edilməsi yönündə fəaliyyət göstərir.
 
YAP:

irqi, dini, etnik mənsubiyyətdən,
dilindən, cinsindən, əqidəsindən asılı olmayaraq bütün Azərbaycan vətəndaşlarını ümummilli ideya ətrafında birləşdirən siyasi qüvvədir. Bu gün 740 mindən artıq üzvü ilə YAP Cənubi Qafqazın ən böyük və nüfuzlu siyasi partiyasıdır.
2005-ci ildə keçirilmiş III qurultayda Prezident cənab İlham Əliyevin partiyanın sədri seçilməsi YAP-ın inkişafında yeni mərhələ yaratdı. Prezident cənab İlham Əliyev Ulu Öndərin siyasi kursunu müasir çağırışlara uyğun şəkildə zənginləşdirərək partiyanın dövlət idarəçiliyindəki rolunu daha da gücləndirdi.

Onun rəhbərliyi ilə Azərbaycan:

iqtisadi sahədə tarixi nailiyyətlər əldə etmiş,
ordu quruculuğunda dönüş yaratmış,
diplomatiyada qlobal fəal tərəfdaşa çevrilmiş,
işğal altında olan torpaqlarını azad etmişdir.
Bu uğurlar YAP-ın siyasi xəttinin real nəticələrinin bariz göstəricisidir.
5 mart 2021-ci ildə keçirilmiş VII qurultay partiyanın institusional inkişafında mühüm mərhələ oldu.

Bu qurultayda:

yeni Nizamnamə qəbul edildi,
partiya rəhbərliyi yeniləndi,
Mehriban xanım Əliyeva partiya sədrinin birinci müavini təyin edildi,
40 nəfərlik İdarə Heyəti və Təftiş Komissiyası təsdiq olundu,
partiyanın yeni Proqramı işlənib hazırlandı.

Yeni Proqram YAP-ın siyasi dəyərlər sistemini, prinsip və hədəflərini, müasir çağırışlara uyğun strateji xəttini müəyyənləşdirir.

Proqramda yer alan 10 strateji istiqamət partiyanın ideoloji özəyini təşkil edir:
Heydər Əliyev yolu;
Müstəqillik;
Azərbaycançılıq;
Dövlətçilik;
Qanunun aliliyi;
Varislik və təkamül;
Konstruktiv dialoq;
Sosial ədalət;
Multikulturalizm;

Demokratik ənənələr- Bu istiqamətlər YAP-ın həm cəmiyyət, həm dövlət, həm də institusional idarəçilik üçün müasir siyasi model yaratmaq gücünü təsdiq edir.

YAP-ın müəyyən etdiyi 11 strateji hədəf Azərbaycan dövlətinin gələcək inkişaf vizyonunu əhatə edir. Bu hədəflər arasında:
Heydər Əliyev irsinin təbliği,
güclü iqtisadiyyat,
inklüziv cəmiyyət və sosial təminat,
şəffaflıq,
insan kapitalının inkişafı,
milli maraqlar,
ordu quruculuğu,
işğaldan azad olunmuş ərazilərin bərpası kimi prioritetlər xüsusi yer tutur.

Bu istiqamətlər partiyanın dövlət siyasətinin formalaşmasında aparıcı rolunu nümayiş etdirir.

YAP-ın siyasi sistemdəki ən vacib missiyalarından biri ölkədə sağlam siyasi mühitin formalaşdırılmasıdır. Prezident cənab İlham Əliyevin qeyd etdiyi kimi, "ümummilli məsələlərdə fərqli fikir ola bilməz.” Bu prinsip əsasında YAP:

siyasi dialoqu təşviq edir,
milli həmrəyliyi gücləndirir,
dövlətçilik maraqlarını üstün tutur.

VII qurultayın qərarları göstərdi ki, YAP "iqtidar–xalq” modelinin real işlənməsinə nail olmuş və ölkədə yeni siyasi konfiqurasiyanın formalaşmasına liderlik etmişdir.

YAP-ın Azərbaycan siyasi sistemindəki nüfuzu son seçkilərin nəticələrində bir daha təsdiqini tapmışdır:
2024-cü il prezident seçkilərində Prezident İlham Əliyev 92,12% səslə qalib olmuşdur;
2024-cü il Milli Məclis seçkilərində YAP 68 deputat yeri əldə etmişdir;
2025-ci il bələdiyyə seçkilərində YAP yerli özünüidarəetmə orqanlarında yüksək nəticə qazanmışdır.

Bu göstəricilər xalqın YAP-a və onun liderinə olan yüksək etimadının real ifadəsidir.

21 noyabr 1992-ci il tarixi təkcə bir partiyanın təsisi deyil, Azərbaycanın siyasi müstəqilliyinin, milli təhlükəsizliyinin və dövlətçiliyinin qorunması istiqamətində başlanmış böyük prosesin əsasını qoydu. Yeni Azərbaycan Partiyası ötən 32 ildə: müstəqil dövlət quruculuğunun dayağına, cəmiyyətin aparıcı siyasi qüvvəsinə, Azərbaycanın regional və beynəlxalq maraqlarını təmin edən siyasi sistemin əsas sütununa çevrilmişdir.
Bu gün YAP həm siyasi, həm ideoloji, həm də milli dövlətçilik fəlsəfəsinin daşıyıcısı kimi Azərbaycanı yeni zirvələrə aparan real siyasi qüvvədir.

Məlahət İBRAHİMOVA, "Tərəqqi” medalı təltifçisi

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Minlərlə vətəndaş ipoteka kreditləri üçün müraciət etdi - VİDEO
04:32 11.03.2026
Minlərlə vətəndaş ipoteka kreditləri üçün müraciət etdi - VİDEO
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
02:36 11.03.2026
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
01:49 11.03.2026
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
01:12 11.03.2026
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
00:22 11.03.2026
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
"Qalatasaray" tarixi qələbə qazandı
00:08 11.03.2026
"Qalatasaray" tarixi qələbə qazandı
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
23:47 10.03.2026
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
23:38 10.03.2026
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
23:31 10.03.2026
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
23:21 10.03.2026
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
23:14 10.03.2026
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
23:12 10.03.2026
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
23:06 10.03.2026
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
22:59 10.03.2026
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
22:54 10.03.2026
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb
22:51 10.03.2026
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb