“Müştərinin psixologiyası və istəklərinə bələd olmağım məhsul və xidmətlərimizin rəqəmsallaşdırılmasına kömək edir”

“Müştərinin psixologiyası və istəklərinə bələd olmağım məhsul və xidmətlərimizin rəqəmsallaşdırılmasına kömək edir”
İQTİSADİYYAT
17:42 30.03.2022
521
AccessBank-ın simaları rubrikasında bugünkü həmsöhbətimiz Onlayn satışlar şöbəsinin meneceri İxtiyar Əhmədovdur.
 
AZXEBER.COM həmin müsahibəni təqdim edir:

- İxtiyar bəy, sizi doğum gününüz və yeni təyinatınız münasibətilə təbrik edirik! Həm yeni yaşınızda, həm də yeni vəzifənizdə bol-bol uğurlar arzu edirik! Yeni mövqeyinizdə ilk növbədə nə etməyi planlaşdırırsınız?

- Təbriklərə və xoş sözlərinizə görə təşəkkür edirəm! Bəli, bu ilin yanvar ayından AccessBank-ın Onlayn satışlar şöbəsinin meneceri kimi fəaliyyətimi davam etdirirəm. 

Gənc nəsil müştərilərimiz rəqəmsal mühitdə böyüyüblər. Eyni zamanda, müxtəlif yaşda olan çoxlu sayda müştərilərimiz bank xidmətlərini rəqəmsal mühitdə - necə deyərlər - əllərinin altında və smartfon ekranlarından mümkün qədər tez əldə etmək istəyirlər. Həm müştəri gözləntiləri, həm də bank sektorundakı rəqabət rəqəmsal məkanda mümkün qədər daha çox xidmətlərin onlayn-a - "burada və indi"-yə keçidini tələb edir. Bu baxımdan bizim bütün yeniliklərimiz məhsullarımızın "onlayn əkizlərini” yaratmağa yönəlib ki, müştərilər istənilən vaxt filiala getmədən məhsullarımızdan onlayn şəkildə istifadə edə bilsinlər. Hazırda AccessBank-ın peşəkar komandası ilə birlikdə məhz onlayn məhsulların artırılması üzərində işləyirik.

- Neçə ildir AccessBank-da işləyirsiniz? Bildiyimə görə, siz bankın bir çox filiallarında çalışmısınız. Hansı filial sizə daha yaxındır?

- Bir saniyə sayım. 17! Artıq 17 ildir ki, AccessBank-da işləyirəm. Bilirsiniz, AccessBank mənim ilk rəsmi iş yerimdir. O vaxtlar bank hətta başqa cür adlanırdı - Azərbaycan Mikromaliyyələşdirmə Bankı. Bankda işə qəbul müsahibəsi hələ də yadımdadır. Məni xoş xatirələrə qaytardınız. O vaxtdan ailəmə çevrilən komandada illər keçib. AccessBank-da işlədiyim müddətdə bir çox filiallarda işləmişəm - haradasa daha uzun müddət, haradasa qısa. Bankın əksər işçiləri ilə şəxsən tanışam. AccessBank təkcə mənim üçün doğma deyil. O, bir çoxlarımız üçün böyük mehriban bir ailədir.

İşlədiyim filiallardan ən doğmasını seçmək mənim üçün çox çətindir. Çünki onların hər biri mənim üçün özünəməxsus şəkildə əziz və yaxındır.

- Siz bankın müxtəlif filiallarında çalışmısınız, yaxın vaxtlara qədər uzun müddət Xəqani filialının rəhbəri olmusunuz, indi isə AccessBank-ın baş ofisinə keçmisiniz. Filialdan baş ofisə keçid necədir? Bu keçidə alışmaq çətin deyilmi?

- Təbii ki, filialdan baş ofisə keçmək mənim üçün dəyişiklik oldu. Filialda müştərilərlə daha çox ünsiyyətdə olursan, baş ofisdə isə daha çox həmkarlarınla birgə çalışırsan.  

Filiallar ilk növbədə müştərilərlə işlədiyi halda, baş ofis bankın fəaliyyətini təşkil edən prosesləri idarə edir. Bu proseslərin idarə edilməsi mənim üçün çox maraqlıdır - buna görə də "sahə”də işləyərək yığdığım təcrübəni baş ofisə keçirmək qərarına gəldim. 

Rəqəmsal məkana keçidlə bağlı dəyişikliklər, innovasiyalar mənim üçün yeni təcrübədir. Bununla belə, müştərinin psixologiyasına və istəklərinə bələd olmağım məhsul və xidmətlərimizin rəqəmsallaşdırılmasında mənə və komandama kömək edir.

 


- Bildiyimə görə, uşaqlıqda şahmat üzrə Azərbaycan çempionu olmusunuz. Şahmat üzrə bilik və bacarıqlarınız işinizdə strategiya qurmağınıza nə dərəcədə kömək edir?

- Məni ətraflı araşdırmısız ki! Bəli, həqiqətən də uşaqlıqda çox sayda şahmat turnirlərində qalib gəlib çempion adını qazanmışam. Bəzi səbəblərdən Avropa Şahmat Çempionatında iştirak edə bilmədim. Bu, məni çox məyus etmişdi, amma necə deyərlər, hər şey yaxşılığa doğrudur. Qarşıda məni başqa zirvələr gözləyirdi.

İstənilən biznes məqsəddən və məqsədə çatmaq üçün strategiyadan ibarətdir. Və əlbəttə ki, şahmatlı keçmişim və əldə etdiyim strateji planlaşdırma bacarığım işimdə əlimdən çox tutur. 

Ancaq şahmatdakı və biznesdəki strateji planlaşdırma arasında fərq var. Tək oynadığınız şahmatdan fərqli olaraq, biznesdə strateji planlaşdırma sizdən, komanda üzvlərinizdən və bütün təşkilatın korporativ mədəniyyətindən asılıdır. Komanda ilə birlikdə tək əldə edə bildiklərimizdən daha çoxuna nail oluruq. 

 


- Siz həm də atasız. Övladlarınızın maraqları nədir? Bank işinə həvəslər var? 
 
- Bəli, bir qız və bir oğul atasıyam. Hər ikisi əlaçıdır. Bunda mənə oxşayıblar. Həmçinin qızım bir çox fənn olimpiyadalarının qalibi və mükafatçısıdır, gələcəkdə həkim olmaq istəyir. Oğlum isə informasiya texnologiyaları və müxtəlif rəqəmsal həllərlə maraqlanır. Burada onunla maraqlarımız üst-üstə düşür. Bundan əlavə, oğlum idmançıdır və kikboksinq üzrə bir çox beynəlxalq yarışların qalibidir. Bilirsiniz, hər səhər evdə övladlarımın kubokları, medal və sertifikatlarına baxıram. Hər günü belə motivasiya ilə başlamaq məni daha da ilhamlandırır.  

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Afrika Fransanın müstəmləkə mirasını şəhər xəritələrindən silir
12:43 24.05.2025
Afrika Fransanın müstəmləkə mirasını şəhər xəritələrindən silir
Azərbaycan millisinin baş məşqçisi: "Səviyyə baxımından biz İngiltərədən daha yaxşıyıq"
12:33 24.05.2025
Azərbaycan millisinin baş məşqçisi: "Səviyyə baxımından biz İngiltərədən daha yaxşıyıq"
Yol polisi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət etdi
12:19 24.05.2025
Yol polisi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət etdi
Ötən gün dələduzluğa görə axtarışda olan 11 nəfər saxlanıldı
11:59 24.05.2025
Ötən gün dələduzluğa görə axtarışda olan 11 nəfər saxlanıldı
Bəzi rayonlarda leysan yağır - FAKTİKİ HAVA
11:44 24.05.2025
Bəzi rayonlarda leysan yağır - FAKTİKİ HAVA
Ötən gün vətəndaşların bank kartlarından 5 min manata yaxın pul kiber üsulla oğurlandı
11:35 24.05.2025
Ötən gün vətəndaşların bank kartlarından 5 min manata yaxın pul kiber üsulla oğurlandı
Aktauda AZAL təyyarəsinin qəzaya uğradığı yerdə memorial ucaldılacaq
11:16 24.05.2025
Aktauda AZAL təyyarəsinin qəzaya uğradığı yerdə memorial ucaldılacaq
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanıldı
11:04 24.05.2025
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanıldı
Azərbaycan FHN MDB ölkələrinin birgə təlimində iştirak etdi
10:51 24.05.2025
Azərbaycan FHN MDB ölkələrinin birgə təlimində iştirak etdi
Üçüncü övladını dünyaya gətirmişdi - 13 gün sonra ÖLDÜ
10:34 24.05.2025
Üçüncü övladını dünyaya gətirmişdi - 13 gün sonra ÖLDÜ
Bu yollarda hərəkət məhdudlaşdırılacaq
10:26 24.05.2025
Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Ötən ay 7 minə yaxın əcnəbi Azərbaycanda yaşama icazəsi üçün müraciət edib
10:10 24.05.2025
Ötən ay 7 minə yaxın əcnəbi Azərbaycanda yaşama icazəsi üçün müraciət edib
Azərbaycan iqtisadiyyatına yatırılan xarici investisiyaların həcmi 27 %-dən çox artıb
09:53 24.05.2025
Azərbaycan iqtisadiyyatına yatırılan xarici investisiyaların həcmi 27 %-dən çox artıb
Rusiya Odessa limanına ballistik raketlərlə zərbə endirib: ölən və yaralananlar var
23:48 23.05.2025
Rusiya Odessa limanına ballistik raketlərlə zərbə endirib: ölən və yaralananlar var
Finlandiya bu ölkələrin vətəndaşlarına əmlak almağı qadağan edir
23:31 23.05.2025
Finlandiya bu ölkələrin vətəndaşlarına əmlak almağı qadağan edir
Sarkisyana qarşı 3 milyonluq cinayət işi açıldı
23:17 23.05.2025
Sarkisyana qarşı 3 milyonluq cinayət işi açıldı