Müşviq Rəhimovun çiçəklənən biznesi: OO,TT, BB seriyalı avtomobil nömrələri 150 minə satılır

Müşviq Rəhimovun çiçəklənən biznesi: OO,TT, BB seriyalı avtomobil nömrələri 150 minə satılır
SOSİAL
18:31 04.10.2017
16032
Son illərdə zərurətdən irəli gələrək Daxili işlər orqanı sistemində idarəçilik yenilənib, müasirləşdirilib.
 
Daxili işlər naziri Ramil Usubov polis orqanlarında yeni idarəçilik modeli yaratmaqla bir çox neqativ halları aradan qaldırıb. Artıq demək olar ki, yol polis əməkdaşının sürücünü saxlayıb əlbə-əl pul alması, cərimələməsi, "xaş pulu” istəməsi halları yoxdur. 

Amma R.Usubovun siyasi kursuna və idarəçilik metodlarına əhəmiyyət verməyən, nazirin əməyini yerə vurub öz işini davam etdirənlər hələdə işbaşındadı. Belə zabitlərdən biri, Bakı Dövlət Yol Polis İdarəsində ən pullu şöbəsində müdirdir. Bu şöbə müdiri kimdir? Sürücülük vəsiqələrinin topdan satışını təşkil edən, avtomobil nömrələrinin satışından öz biznesini çiçəkləndirən, bundan varlanan, prezidentin Lənkərana son səfərində ona məxsus "Xəzər Palace” istirahət mərkəzini sahibkarlıq subyekti kimi dövlət başçısına təqdim edilən bir polis rütbəlisi Müşfiq Rəhimovdur... 

DİN rəhbərinin idarəçilik prinsiplərini özünə şamil etməyən, R.Usubovun reputasiyasını hər gün zədələyən M.Rəhimov nömrə biznesini "talkuçka”ya çevirib desək yanılmarıq. Düzünü desək sözü gedən dövlət idarəsində, M.Rəhimovun əsl vəzifəsi nədənsə gizlədilir. Onun Bakı Dövlət Yol Polis İdarəsində hansı şöbə müdiri olduğu da açıqlanmır. Hətta ola bilsin ki, şöbə müdiri vəzifəsini daşımır. Sadəcə, idarəyə yaxınlaşan sürücülər bahalı nömrə, sürücülük vəsiqəsi almaq istədikdə sakit şəkildə M.Rəhimova işarə edilir.

Əslən lənkəranlı olan Rəhimov rayonda tanınmış, hörmətli sadə bir kişinin övladıdır. Deyilənə görə, atasından ona Lənkəranın Kənarmeşə ərazisində geniş bir ərazi miras qalıb. O da işlədiyi müddətdə qazancından əldə etdiyi pullarla həmin massivi daha da böyüdüb, yaxınlıqdakı yerləri də ayrı-ayrı şəxslərdən alaraq "Xəzər Palace” istirahət mərkəzi tikdirib. Azerinews.org-un əldə etdiyi məlumata görə, bu obyektin tikintisinə şöbə müdiri nə az, nə çox 10 milyona yaxın vəsait xərcləyib. İddialara görə, iş adamı Mübariz Mənsimovun da istirahət mərkəzinin tikintisində yaxşıca payı var. M.Rəhimovun bu yeri Lənkəranda məşhurdur və müştəri axını hər zaman müşahidə edilir. Dəniz kənarında yerləşən bu möhtəşəm istirahət mərkəzi M.Rəhimovun yaxınları tərəfindən idarə olunur. Hətta xidmətçi personalı da özü seçdiyi deyilir. Bütün bunlar isə R.Usubovun idarəçilik metodlarına daban-dabana zidd ola nömrə biznesindən əldə olunan gəlir saəyəsində gerçəkləşib. Axı indiki dövrdə belə bir istirahət mərkəzini kim, hansı pulla inşa etdirə bilərdi?!

BDYPİ –də nömrə biznesinin başında kimlər var?

Azerinews.org-a daxil olan məlumata görə, maşın nömrələri bazarında tariflər heç də rəsmi rəqəmlərdə olduğu kimi deyil. Məsələn- "333- 444 - 222 – 777- 666 - 999” tipli nömrə almaq istəsən, gərək 4 – 5 min manatdan keçəsən. Əslində isə belə nömrələrin dövlət rüsumu 500 manat çivarındadı. Yəni hər kəs 500 AZN dövlət rüsumu ödəməklə "zerkalni” avtomobil dövlət nömrə nişanı ala bilər. Bəs onda niyə sürücülərə süni manelər yaradılır? İşin qəlizliyi də bundadı. Asan varlaşma mexanizminin əvəzsiz metodu olan RÜŞVƏT XİDMƏTİ vəziyyəti birə on dəyişir. Bu səbəbdən də qiymətlər 2000 manatdan 20 000 manata qədər yuvarlanır. Əslində, nömrə biznesində M.Rəhimovun inhisarçı olduğunu söyləmək olmaz . Deyilənlərə görə ona bu işdə məsləhət verən ağaların və pul yığan zabitlərin də zəhmətin itirmək olmaz. // mənbə: azerinews.org
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
TDT Xarici İşlər Nazirləri Şurası Yaxın Şərqdəki vəziyyətlə bağlı birgə bəyanat yayıb
21:16 07.03.2026
TDT Xarici İşlər Nazirləri Şurası Yaxın Şərqdəki vəziyyətlə bağlı birgə bəyanat yayıb
Ceyhun Bayramov TDT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında iştirak edib
21:13 07.03.2026
Ceyhun Bayramov TDT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında iştirak edib
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
21:01 07.03.2026
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
TDT-nin baş katibi İranın Naxçıvana PUA hücumlarını pisləyib
20:38 07.03.2026
TDT-nin baş katibi İranın Naxçıvana PUA hücumlarını pisləyib
İsrailin Livana hücumları nəticəsində 294 nəfər ölüb
20:27 07.03.2026
İsrailin Livana hücumları nəticəsində 294 nəfər ölüb
Salyanda azyaşlını avtomobil vuraraq öldürüb
20:16 07.03.2026
Salyanda azyaşlını avtomobil vuraraq öldürüb
Azərbaycan və Türkiyə XİN başçıları İranın Naxçıvana dron hücumlarını qətiyyətlə pisləyiblər
19:59 07.03.2026
Azərbaycan və Türkiyə XİN başçıları İranın Naxçıvana dron hücumlarını qətiyyətlə pisləyiblər
Efiopiyanın Baş naziri İlham Əliyevə zəng etdi
19:48 07.03.2026
Efiopiyanın Baş naziri İlham Əliyevə zəng etdi
Ərdoğan TDT XİN rəhbərlərini qəbul edib
19:34 07.03.2026
Ərdoğan TDT XİN rəhbərlərini qəbul edib
Ramazanın 18-ci gününün duası - İmsak və iftar vaxtı
19:17 07.03.2026
Ramazanın 18-ci gününün duası - İmsak və iftar vaxtı
DMA: Azərbaycan və Türkiyəyə qarşı sosial mediada qarayaxma kampaniyası aparılır
19:13 07.03.2026
DMA: Azərbaycan və Türkiyəyə qarşı sosial mediada qarayaxma kampaniyası aparılır
“Kimsə yuxarıdan dedi ki, “bizi vurdular” - Dron hücumunda yaralanan - Video
18:56 07.03.2026
“Kimsə yuxarıdan dedi ki, “bizi vurdular” - Dron hücumunda yaralanan - Video
Liviya Dövləti Prezident Şurasının Sədri İranın Naxçıvana hücumlarını qınayıb
18:48 07.03.2026
Liviya Dövləti Prezident Şurasının Sədri İranın Naxçıvana hücumlarını qınayıb
Bakı metrosunda cibgirlik edən saxlanıldı
18:39 07.03.2026
Bakı metrosunda cibgirlik edən saxlanıldı
İran İsrail istiqamətində yeni raketlər buraxdığını elan etdi
18:20 07.03.2026
İran İsrail istiqamətində yeni raketlər buraxdığını elan etdi
Erməni əsirliyindən xilas olunan əsgər Bakıda dalaşdı - Cinayət işi açıldı
18:12 07.03.2026
Erməni əsirliyindən xilas olunan əsgər Bakıda dalaşdı - Cinayət işi açıldı