Həkimdən açıqlama: İnsanlar arasında yayılan epidemiya qrip deyil, koronavirusdur"

SAĞLAMLIQ
11:58 18.11.2022
517
"Hazırda demək olar ki, hər kəsdə xəstəliyə səbəb olmayan bir Kovid-19 virusu var”

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, son günlər insanlar arasında qripə yoluxma halları geniş yayılıb.
 
Qrip şikayətləri ilə xəstəxanalara müraciət edən xəstələrin sayının artdığını deyən Sinə Xəstəlikləri Mütəxəssisi Prof. Dr. Şevket Özkaya, insanlar arasında yayılan epidemiyanın qrip deyil, koronavirus olduğunu bildirib.
 
Şikayətlərin eyni olduğunu bildirən həkim, xəstələrin çətin günlər keçirdiklərini qeyd edib: "Xəstəxanaya müraciət edənlər hərarət, halsızlıq, boğaz ağrısı, oynaq ağrısından şikayətlənir, və bu halın onları yatmağa vadar etdiyini qeyd edirlər. Hazırda demək olar ki, hər kəsdə xəstəliyə səbəb olmayan bir Covid-19 virusu var. Ancaq bu, ölümcül korona epidemiyası deyil”.
 
Günel


OXŞAR XƏBƏRLƏR