Mütəxəssislər gündən-günə yayılan Eris variantından qorunma üsullarını izah ediblər.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Eskişehir Osmangazi Universiteti Tibb Fakültəsinin müəllimi, eyni zamanda Türkiyə Səhiyyə Nazirliyi Koronavirusla Mübarizə Elmi Şurasının üzvü olaraq da vəzifə yerinə yetirən Selma Metintaş xüsusilə Covid-19-un Eris variantı ilə əlaqədar risk qrupunda olan insanların özlərini yaxşı qorumaları lazım olduğunu söyləyib.
O, qrip virusu ilə yanaşı, Covid-19 variantı olan SARS-CoV-2-nin də dünyada əhəmiyyətli dərəcədə yayıldığını, virusun təkamül zamanı mutasiyaya uğradığını və xalq arasında "Eris” adlanan yeni variantın ortaya çıxdığını bildirib.
Yayılma səbəblərini virusun təbiəti, xəstəliyə tutulanların immunitetinin olmaması və arzu olunan peyvənd nisbətinin əldə edilməməsi kimi sadalayan Metintaş deyib:
"Hər yeni variant birinci növdən daha az öldürücüdür, daha az ağır xəstəliyə səbəb olur, lakin daha yoluxucudur".
Metintaş həm qrip virusunun, həm də koronavirusun ümumi olduğu bu dövrdə xüsusilə risk qrupunda olanların özlərini yaxşı qorumaları lazım olduğuna diqqət çəkib.
"Maska, məsafə, təmizlik” qaydasını xatırladan Metintaş belə davam edib:
"Virusları laboratoriyada ancaq tampon nümunəsi ilə ayırmaq olar. Lakin onların müalicəsi baxımından heç bir fərq yoxdur. Xəstə mütləq izlənilməli, dincəlməli və bol maye qida ilə qəbul edilməlidir. Yüksək hərarət davam edərsə və tənəffüs çətinliyi başlayarsa, xəstənin vəziyyətini izləmək lazımdır. Maska, məsafə, təmizlik qaydalarına da riayət etmək vacibdir".
Ayşən