Mütəxəssislərdən xəbərdarlıq: COVİD-19-un simptomu yenidən dəyişdi

SAĞLAMLIQ
14:33 19.12.2022
581

Mütəxəssislər koronavirus epidemiyasının simptomlarının dəyişdiyini açıqlayıb.

AZXEBER.COM xəbər verir ki, 2019-cu ildə ortaya çıxan və qısa müddətdə qlobal epidemiyaya çevrilən koronavirus təkamül etməyə və dəyişməyə davam edir.

İngiltərədə aparılan araşdırma nəticəsində məlum olub ki, koronavirusun simptomları da dəyişib. Sorğunun və araşdırmanın nəticələrinə görə, COVİD-19-un ən bariz əlamətləri şəklini dəyişib. Bir müddətdir qoxu və dad itkisinin sıx şəkildə görüldüyü koronavirusun epidemiyasında bunların artıq ən güclü simptomlar olmadığı açıqlanıb.

İngiltərədə Zoe Covid-19 araşdırmasını aparan professor Tim Spector xəstəliyin yayılmaqda davam etdiyini bildirib. Alim ən yeni və dominant simptomun hiposmiya olduğunu açıqlayıb.

Onun sözlərinə görə, boğaz ağrısı, burun axması və baş ağrısı simptomlar arasındadır.

Ayşən

OXŞAR XƏBƏRLƏR