Mütəxəssislərdən xəbərdarlıq: Zəhərlənməmək üçün bunları edin

Mütəxəssislərdən xəbərdarlıq: Zəhərlənməmək üçün bunları edin
DÜNYA
16:26 19.04.2023
243
Türkiyəli dietoloq Gültaç Çamır zəhələrlənməmək üçün diqqət edilməli bəzi məqamları açıqlayıb.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il 600 milyon insan qida zəhərlənməsindən əziyyət çəkir.

Dietoloq Gültaç Çamır harada və necə saxlandığı məlum olmayan məhsulların sırf qiyməti ucuzdur deyə alınmamasının tərəfdarı olduğunu söyləyib.

O bildirib ki, qablaşdırılmış məhsul alarkən paketin xarab olmamasına diqqət edin. 

Onun sözlərinə görə, qida ilə insan orqanizminə keçən bakteriya, virus, parazit, toksinlər və kimyəvi maddələr qida zəhərlənməsinə səbəb ola bilər. Artan temperaturun təsiri ilə yay aylarında görülən qida zəhərlənməsi halları xeyli artır.
 
Dietoloq Gültaç Çamır qida zəhərlənməsinə səbəb olan dörd növ bakteriya olduğunu deyir. Bunlardan birincisi ən çox yayılmış bakteriya növü olan "stafilokokklar"dır. Bu bakteriyanın ətdə, süddə, süd məhsullarında və zəif yuyulmuş materiallardan hazırlanmış salatlarda ortaya çıxdığını bildirən Gültaç Çamır bakteriya ilə qida qəbul etdikdən iki-üç saat sonra zəhərlənmə əlamətlərinin başladığını və orqanizmdə qusma reaksiyasının göründüyünü söyləyib.

Oksana
OXŞAR XƏBƏRLƏR