Gürcüstanın Mçxeta şəhərində milyarder Bidzina İvanişvilinin yaratdığı "Gürcü arzusu" müxalifət koalisiyasının növbəti kütləvi mitinqi baş tutub. Aksiyada minlərlə müxalifət tərəfdarı iştirak edib. İvanişvili öz tərəfdarlarına bu payız gözlənilən parlament seçkilərində qalib gələcəyinə və özünün dediyi kimi, "ölkəni Mixail Saakaşvili rejimindən azad edəcəyinə" söz verib.O, Gürcüstan hökumətini Rusiya ilə sərhədləri açmasına və Rusiya vətəndaşları üçün vizasız rejimə icazə verməsinə baxmayaraq, Moskva ilə də analoji razılığa gələ bilməməkdə ittiham edib.