Müxalifət lideri həbs edildi, ölkədə izdiham yaşandı: 9 nəfər qarşıdurmalarda öldü

Müxalifət lideri həbs edildi, ölkədə izdiham yaşandı: 9 nəfər qarşıdurmalarda öldü
DÜNYA
15:02 02.06.2023
366
Seneqal məhkəməsinin müxalifət lideri və prezidentliyə namizəd Ousmane Sonkonu gəncləri cinayətə sövq etdiyinə görə 2 il həbs cəzasına məhkum etməsindən sonra 9 nəfər həyatını itirib.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Daxili İşlər Naziri Antuan Diome dövlət televiziyasına verdiyi açıqlamada həbsxana qərarına reaksiya vermək üçün təşkil edilən etirazlarda itkilərin olduğu barədə məlumat verib.

Diome paytaxt Dakar və Ousmane Sonkonun bələdiyyə sədri olduğu Ziguinchorda təşkil edilən nümayişlərdə 9 nəfərin həyatını itirdiyini açıqlayaraq, "İctimai və xüsusi mülkiyyətə zərər və şiddət hərəkətlərini rədd edirik", - deyib.

Paytaxt Dakarda dünən keçirilən məhkəmə iclasında Sonko zorlama ittihamlarından azad edilib və gəncləri cinayətə təhrik etdiyi üçün 2 il həbs cəzasına məhkum edilib.
 
Sonkonun partiyası PASTEF-dən verilən açıqlamada məhkəmənin qərarının siyasi sui-qəsdin bir hissəsi olduğu bildirilib və partiya tərəfdarlarına "bütün fəaliyyətləri dayandırıb küçələrə çıxmağa" çağırılıb.

Müxalifət lideri 2021-ci il fevralın 3-də Dakarda "Sweet Beauty" gözəllik salonunun əməkdaşına təcavüz etməkdə günahlandırılıb və hadisələrdə 14 nəfər həyatını itirib.

Sonkonun cəzasının onun namizədliyinə mane olub-olmayacağı hələlik bəlli deyil.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR