Müxalifət lideri qətlə yetirildi

DÜNYA
17:05 06.02.2013
1395

Bu gün Tunisin paytaxtında sol müxalifətin lideri Şokri Belaid qətlə yetirilib.

APA-nın “Euronews” kanalına istinadən verdiyi məlumata görə, Ş. Belaid evin çıxışında öldürülüb. Qatil onun baş və boyun nahiyəsindən yaralayıb. Yüzlərlə insan xəstəxananın və Daxili İşlər Nazirliyin binasına gələrək bu siyasi qətli ilə bağlı öz narazılıqlarını bildiriblər.

Qeyd edək ki, öldürülən Ş. Belaid Tunisdə hakim “Ən-Nahda” islamçı partiyasını kəskin şəkildə tənqid edir. Belaid həmçinin Demokratik Vətənpərvər Partiyanın baş katibi və Tunis Xalq Cəbhənin liderlərdən biri olub.

OXŞAR XƏBƏRLƏR