"Müharibə zamanı prezident seçkiləri keçirilə bilər".
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bunu İsrail müxalifətinin lideri Yair Lapid İsrailin baş naziri Benyamin Netanyahudan danışarkən deyib.
Lapid Netanyahunun hazırkı vəziyyətdə baş nazirliyini davam etdirə bilməyəcəyini ifadə edərək deyib:
"Bizim xalqın etibarını, dünyanın etibarını, təhlükəsizlik quruluşunun etibarını itirmiş bir baş nazirimiz var. Netanyahu indiki vəziyyətdə baş nazir olmağa davam edə bilməz".
Mikayıl