“Müxalifət rus polkovnikin Azərbaycanı hədələməsinə münasibət bildirmədi” - Aydın Mirzəzadə

SİYASƏT
16:00 01.11.2013
1208

Yeni Azərbaycan Partiyasından (YAP) olan millət vəkili Aydın Mirzəzadə ölkə müxalifətinin Rusiyanın Ermənistandakı 102 saylı hərbi bazasının komandiri, polkovnik Andrey Ruzinskinin Azərbaycanı hədələyən bəyanatına reaksiya verməməyini tənqid edib.

AZXEBER.COM xəbər verir ki, A.Mirzəzadə bu məsələyə münasibətini özünün “Facebook” səhifəsində paylaşdığı statusla ifadə edib:“Srağagün Rusiyanın Ermənistandakı hərbi bazasının komandiri polkvnik Ruzunski bildirdi ki, “Azərbaycanın özünün işğaldakı ərazilərini azad etmək üçün hərbi əməliyyatlara başlayacağı təqdirdə Rusiyanın Ermənistandakı hərbi bazası bu silahlı münaqişəyə cəlb oluna bilər”.Bu bəyanat verilən iki gün ərzində müxalifət düşərgəsindən heç bir kəs, heç bir təşkilat rus polkovnikinin Azərbaycanı həyasızcasına hədələməsinə münasibət bildirmədi.Digər zamanlarda bəyantlar yayan, icazəsiz aksiyalar keçirən milli müxaliflərimiz bu təhdid olayında susmağa üstünlük verdilər.Sanki, bu təhlükəli bəyanat onların da yaşadığı Azərbaycan haqqında deyil, uzq bir diyar haqqında verilib.Müxalifətin bu situasiyada susması və reaksiya verməməsi böyük sual doğurur”.

OXŞAR XƏBƏRLƏR