Müxalifətin aksiyasında Əli Kərimlini pərt etdilər - FOTOLAR

SİYASƏT
01:00 19.08.2013
5466

Müxalifətin radikal qanadının birləşdiyi Milli Şuranın (MŞ) bu gün Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) ilə razılaşdırılmış mitinqi keçirilib. 

Müxalifətin radikal qanadının birləşdiyi Milli Şuranın (MŞ) bu gün Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) ilə razılaşdırılmış mitinqi keçirilib.

AZXEBER.COM xəbər verir ki, 18 avqust mitinqdində Milli Şuranın anons etdiyindən 10 dəfə az iştirakçı var idi və onların da təxminən 10 faizi aksiyanı işıqlandırmaq üçün həmin mitinqə gələn mətbuat orqanlarının əməkdaşları idi.Aksiyanın Milli Şuranın vahid namizədi Rüstəm İbrahimbəyovun dəstəklənməsi məqsədilə ilə keçirilməsi nəzərdə tututlsa da bu mitinqə demək olar ki, sözü gedən şəxsi dəstəkləyən cəmi bir şüar və plakat gətirilmişdi. Aksiyada iştirak edən müxtəlif partiyalarıının üzvləri buraya daha çox öz liderlərinin şəkilləri və plakatlarını gətirmişdilər.Eyni zamanda həmin partiyalar mitinqdə özlərinin daha çox qüvvə ilə aksiyaya qatıldıqlarını nümayiş etdirməyə çalışırdılar. Mitinq zamanı "Milli Şuraya dəstək" "Rustəm İbrahimbəyova dəstək" şüarları səsləndirilərkən yalnız AXCP-çilər və EL hərəkatının üzvləri aktivlik göstərdilər.Müsavat partiyasının üzvləri isə bu məsələdə daha çox susqunluğa üstünlük verirdilər. Onu da qeyd edək ki, mitinq nəzərdə tutulan vaxtdan təxminən 45 dəqiqə sonra 17:45-də başladı və mitinqin 3 saat keçirilməsi nəzərdə tutulsa da, o nəzərdə tutulan vaxtdan tez, yəni saat 8-ə qalmış başa çatdı. 

Mitinqdə çıxışı zamanı Müsavat başqanı İsa Qəmbər Milli Şurada vahid namizəd məsələsi ilə bağlı müəyyən narahatlıqların, qeyri-müəyyənliklərin olduğunu bildirib və qeyd edib ki, bu məsələyə qurumun sabahkı iclasında birdaha baxılacaq. Onun sözlərinə görə, Rüstəm İbrahimbəyovun qayıdışı məsələsi alınmazsa Milli Şura seçkilərə ya yeni müstəqil və ziyalı namizədlə gedəcək ya da bu qurumda birləşən partiyalar ayrı-ayrılıqda öz namizədləri ilə gedəcəklər.Seçkilərin sonuna yaxın isə həmin partiyalardan olan namizədlər biraraya gəlib bir əsas namizədi müəyyənləşirib onunla prosesi davam etdirməlidirlər. Musavat basqanından fərqli olaraq, Milli Şurada təmsil olunan digər partiyaların rəhbərləri AGP sədri Sülhəddin Əkbər, KXGP sədri Mirmahmud Mirəlioğlu, ALP sədri Əvəz Teymurxan və Milli Şura aparatının rəhbəri Eldar Namazov seçkilərə yalnəz Rustəm İbrahimbəyovun namizədliyi ilə gedilməsinin vacibliyini vurgulayıblar.AXCP sədri Əli Kərimli isə çıxışında ümumiyyətlə vahid namizəd məsələsinə toxunmayıb və maraqlıdlr ki, onun çıxışı zamanı aksiyaçıların bəziləri, xususən də Müsavat partiyasının üzvlər aksiyanı tərk etməyə başlayıblar. Sonda qətnamə oxunan zaman isə aksiyaçıların əksəriyyəti mitinq ərazisini tərk ediblər.

AZXEBER.COM aksiyadan fotoları və Əli Kərimlinin mitinq iştirakçılarına təəcüblü baxışını özündə əks etdirən fotoları təqdim edir:

OXŞAR XƏBƏRLƏR