Müxalifətin dindarları öz məqsədləri üçün istifadə etmək cəhdləri iflasa uğradı

SİYASƏT
18:20 07.10.2013
1231

Azərbaycanda keçiriləcək prezident seçkilərinə 2 gündən də az vaxt qalıb.

Konstitusiyada təsbit edilən haqqlarından istifadə edərək, vətəndaşlar 10 namizəd sırasından növbəti 5 il üçün dövlət başçısını seçməlidirlər.

Seçkiqabağı mübarizə, demək olar ki, xüsusi barışmazlıqla, bəlkə də, xüsusi amansızlıqla yadda qaldı. Təşviqat xarakterli materialların toqquşması sosial şəbəkələrdə də geniş vüsət aldı. Tam məsuliyyətlə demək olar ki, istisnasız olaraq bütün namizədlər müasir texnologiyaların bu fenomenindən kifayət qədər yararlandılar.

Sirr deyil ki, son illər ərzində Azərbaycanda inanclııların, o cümlədən fəal sosial və vətəndaş mövqeyindən çıxış edənlərin sayı nəzərəçarpacaq dərəcədə artıb. Bu faktor ölkə prezidentliyinə namizədlərin də nəzərindən qaçmadı. Əgər əvvəlki president seçkiləri ərəfəsində heç bir namizəd dindarlar arasında faktiki olaraq təşviqat kampaniyası aparmırdısa, bu dəfə mənzərə tam başqadır.

Bəzi namizədlər seçkiqabağı çıxışlarında inanclılara tam müstəqil elektoral seqment kimi (İlyas İsmayılov, Sərdar Cəlaloğlu, Cəmil Həsənli) müraciət edirdilər, bəziləri isə (İqbal Ağazadə) hətta dindarlara hesablanan roliklər belə ərsəyə gətirməyi özlərinə rəva bildilər.

Seçkilər ərəfəsində aparılan sorğular göstərir ki, müxalifət KİV-in Milli Şura və dindar təbəqənin sarsılmaz vəhdəti haqqında bəyanatlarına əks olaraq, inanclılar bu seçkilərdə müstəqil mövqe nümayiş etdirdilər: onlar özlərini konkret və dar siyasi məqsədlər üçün istifadə etmək niyyətində olan qrupların marionetlərinə çevrilmədilər.

Əksinə, bu cəhdlər dindarların fəal müqaviməti ilə üzləşdi. Buna sübut: sosial şəbəkələrdəki dini səhifələrdə ən çox populyarlıq qazanan İnternet rejimdə fəaliyyət göstərən “Qütb TV”-nin müxalifətin dindarları seçkiqabağı mitinqlərinə “qurbanlıq” kimi cəlb etmək cəhdlərindən bəhs edən videorolik oldu.

Müxalifətin dini təbəqəni sosial şəbəkələrdə səfərbər etmək istəyi də iflasa uğradı. Belə ki, müxalifət namizədi Cəmil Həsənlinin təşviqatını həyata keçirən Facebook səhifəsini 2 ay ərzində cəmi 300 istifadəçi bəyənib. Müqayisə üçün qeyd edək ki, inanclıların cəmi 1 ay əvvəl hazırki president İlham Əliyevi dəstəkləmək məqsədi ilə yaratdıqları «İnanclıların seçimi – Seçkilər 2013» səhifəsini 30 mindən çox istifadəçi “layk” edib.

Qeyd edək ki, sözügedən səhifədə İlham Əliyevin ölkənin dini sahəsindəki fəaliyyətini, onun məscidlərin, ziyarətgahların tikintisi və təmirinə dair təşəbbüslərini, həmçinin dövlət başçısının ölkənin sosial-iqtisadi inkişafı ilə bağlı gördüyü işləri əks etdirən materiallar dərc olunur.

OXŞAR XƏBƏRLƏR