Müxalifətin mitinqində nə qədər insan iştirak edib? -Baş Polis İdarəsindən açıqlama

Müxalifətin mitinqində nə qədər insan iştirak edib? -Baş Polis İdarəsindən açıqlama
SOSİAL
19:58 11.09.2016
2329

Bakı Şəhər Baş Polis İdarəsi Milli Şuranın Bakıda təşkil etdiyi mitinqlə bağlı məlumat yayıb.

AZXEBER.COM idarədən verilən məlumatı təqdim edir:

“Sentyabrın 11-də özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun Yasamal rayonundakı "Məhsul" stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.

Saat 17.00-dan 19.00-dək davam edən toplantıda həmin quruma daxil olan ayrı-ayrı partiyaların və bir sıra müxalifətyönümlü qeyri-hökumət təşkilatlarının ümumi sayı 2500 (iki min beş yüz) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.

İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb”.

OXŞAR XƏBƏRLƏR