""MUZ TV Azərbaycan"ın peyk yayımına başlaması tamaşaçıya fərqli kanal seçmək imkanı verəcək"

""MUZ TV Azərbaycan"ın peyk yayımına başlaması tamaşaçıya fərqli kanal seçmək imkanı verəcək"
MEDIA
17:48 03.11.2017
1377
"İxtisaslaşmış yeni musiqi kanalının yaranması tamaşaçı sifarişinin və dünya təcrübəsinin ölkəmizdə uğurla tətbiq olunmasının təzahürüdür. MUZ TV Azərbaycan bu formatda xarici ölkələrdə yayımlanan beynəlxalq standartı televizya sferamıza gətirməklə yanaşı, izləyicilərə fərqli kanal seçimi imkanı yaradır, efir məkanımız daha əyləncəli, maraqlı edir”.
 
Bu sözləri AZƏRTAC-a müashibəsində yenicə peyk yayımına başlayan MUZ TV Azərbaycan telekanalının bədii rəhbəri Sədi Məmmədov deyib. Kanalın yarandığı gündən musiqi mədəniyyətimizin təbliğində xüsusi rol oynadığını vurğulayan S.Məmmədov keçilən yolu çətin və şərəfli tarix kimi xarakterizə edir: "Kanalımız 2012-ci il mayın 11-də fəaliyyətə başlayıb. muztv.az saytı vasitəsilə yayımlanan ilk musiqili internet televizya kanalı kimi bir çox ilklərə imza atmışıq. "Musiqiyə sevgiylə” şüarı ilə 5 il ərzində bir dəqiqə belə dayanmadan musiqi mədəniyyətimizi, musiqi tariximizi və çağdaş musiqimizi təbliğ etmişik. Yayıma başladığığımız ilk gündən tamaşaçıya dünya və yerli musiqi xəzinəsinin incilərini, orjinal layihələri, eksklüziv klipləri, canlı reportajları təqdim etmək əsas prioritet olub.
 
MUZ TV Azərbaycan yeni musiqiçilər nəslinin yetişdirilməsi, gənc istedadların üzə çıxarılması, onların peşəkar musiqiyə istiqamətləndirilməsi ilə bağlı layihələrin həyata keçirilməsində xüsusi ilə seçilib”. MUZ TV Azərbaycanın bədii rəhbəri peyk yayımına başlamağın zərurətindən də danışıb: "İndiki dövrdə bir sahədə ixtisaslaşmış, ayrıca bir kontenti olan televiziyaların mövcudluğu daha çox uğur gətirir. Ümimiyyətlə, bir sıra ölkələrdə televiziya keyfiyyətli və unikal bir məhsulun yaradılması ilə məşğuldur. Çünki izləyicinin sonsuz sayda seçim imkanı olduğu şəraitdə ona elə bir məhsul təqdim olunmalıdır ki, bu məhsul həm davamlı olsun, həm də izləyicilərin marağınıözünə cəlb edə bilsin. Bu mənada dünya ölkələrində mövcud olan musiqi kanalları xüsusi önəm daşıyır. İnternet əsrində tamaşaçının irihəcmli televizya layihələrindən daha lakonik və cəlbedici layihələrə istiqamətlənməsi fonunda musiqili televizyanın önə çıxması təbiidir.
 
MUZ TV Azərbaycan-ın peyk yayımına başlaması yerli və xarici tamaşaçımıza fəqrli kanal seçmək imkanı verməklə yanaşı, həm də dünya təcrübəsinin, başqa ölkələrdə mövcud olan musiqili televizya formatının Azərbaycana daşınması deməkdir. Bundan əlavə, məqsəd Azərbaycanın milli və müasir musiqisinin dünya arenasına çıxması, təbliği və geniş yayılmasıdır”.
 
Xatırladaq ki, MUZ TV ilə "Azərkosmos" arasında əldə olunmuş razılığa əsasən, kanal oktyabrın 6-dan etibarən "Azərspace-1" peyki vasitəsilə 13975 V/11174,4 H tezliyində yayımlanır.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Vens Fransadakı iğtişaşlara görə liberalları ittiham edib
08:55 18.10.2026
Vens Fransadakı iğtişaşlara görə liberalları ittiham edib
Səudiyyə Ərəbistanında hərbi helikopter qəzaya uğrayıb, iki nəfər ölüb
08:49 18.10.2026
Səudiyyə Ərəbistanında hərbi helikopter qəzaya uğrayıb, iki nəfər ölüb
Moskvaya kütləvi dron hücumu: 195 PUA-nın vurulub
08:36 18.10.2026
Moskvaya kütləvi dron hücumu: 195 PUA-nın vurulub
Kollecdə faciə: Ölən və yaralananlar var
08:30 18.10.2026
Kollecdə faciə: Ölən və yaralananlar var
Xırdalanda uşaq əyləncə mərkəzindəki yanğın məhdudlaşdırılıb - Yenilənib
08:26 18.10.2026
Xırdalanda uşaq əyləncə mərkəzindəki yanğın məhdudlaşdırılıb - Yenilənib
Mehriban Əliyeva: Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi, ölkəmizdəki sülh və əmin-amanlıq əbədi olsun
08:23 18.10.2026
Mehriban Əliyeva: Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi, ölkəmizdəki sülh və əmin-amanlıq əbədi olsun
ABŞ-də avtomobil futbol meydançasına girdi: Uşaq da daxil olmaqla 2 nəfər öldü
08:16 18.10.2026
ABŞ-də avtomobil futbol meydançasına girdi: Uşaq da daxil olmaqla 2 nəfər öldü
ABŞ Ukraynanın “Starshield” sisteminə çıxışını dayandırıb
08:09 18.10.2026
ABŞ Ukraynanın “Starshield” sisteminə çıxışını dayandırıb
Tramp Rusiyaya qarşı sanksiyalarla bağlı bütün dünyaya fayda verəcək qərar vəd edib
08:00 18.10.2026
Tramp Rusiyaya qarşı sanksiyalarla bağlı bütün dünyaya fayda verəcək qərar vəd edib
ABŞ Britaniyanın İranın aviabazaya hücum hazırlığında iştirakı ilə bağlı mövqeyini dəstəkləyir
07:50 18.10.2026
ABŞ Britaniyanın İranın aviabazaya hücum hazırlığında iştirakı ilə bağlı mövqeyini dəstəkləyir
Nyu-York metrosunda 30 yaşlı kişi güllələnərək öldürülüb
07:23 18.10.2026
Nyu-York metrosunda 30 yaşlı kişi güllələnərək öldürülüb
Livan ABŞ və İsrail hərbçiləri ilə danışıqlara başlayır
07:12 18.10.2026
Livan ABŞ və İsrail hərbçiləri ilə danışıqlara başlayır
Lionel Messinin şərəfinə yeni bitki növü adlandırılıb
07:00 18.10.2026
Lionel Messinin şərəfinə yeni bitki növü adlandırılıb
Tramp ABŞ və Kanadanın gec-tez ticarət sazişi imzalayacağını bildirib
06:40 18.10.2026
Tramp ABŞ və Kanadanın gec-tez ticarət sazişi imzalayacağını bildirib
“İflic olacağam və yataqda qalacağam”
06:28 18.10.2026
“İflic olacağam və yataqda qalacağam”
Makronu ölümlə hədələdilər
06:10 18.10.2026
Makronu ölümlə hədələdilər