2017-ci ildə oğurlanan 6-cı yüzilliyə aid keşiş heykəli Ankarada polis məntəqəsində ələ keçirilib.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, 3 şübhəli saxlanılıb.
Belə ki, Noyabrın 22-də Ankaranın Gölbaşı səmtində polis nəzarət məntəqəsində içərisində 3 nəfərin olduğu avtomobil saxlanılaraq axtarışa verilib. Avtomobildə 6-cı yüzilliyə aid bir keşiş heykəli tapılıb. 1500 illik, 70 santimetr hündürlüyündə olan heykəlin 7 il əvvəl İspartanın Yalvaç Muzeyindən oğurlandığı məlum olub.
Saxlanılan 3 şübhəlidən biri heykəlin oğlunun toyunda ona hədiyyə edildiyini, digərləri isə əsəri muzeyə çatdırmaq istədikləri üçün Ankaraya gəldiklərini iddia ediblər.
Hadisə nəticəsində şübhəlilər həbs ediliblər.
Hadisə ilə bağlı prokurorluqda başlanmış istintaq davam edir.
Oksana