Mövlud Çavuşoğlu: “Avstriya xalqı ilə həmrəyik”

Mövlud Çavuşoğlu: “Avstriya xalqı ilə həmrəyik”
SİYASƏT
11:35 03.11.2020
440
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Vyanadakı silahlı hücumla əlaqədar Avstriya xalqına başsağlığı verib.

"Terrorizm bəşəriyyətin düşmənidir. Bu şərə qarşı mübarizə üçün bütün dünya ictimaiyyətinin səmimi əməkdaşlığı lazımdır. Türkiyə bu faciəli gündə Avstriya xalqı ilə həmrəydir”, - deyə Türkiyənin Xarici İşlər naziri öz "Twitter” səhifəsində yazıb.

Xatırladaq ki, bu gecə Vyanada baş verən terror aktı zamanı biri terrorçu olmaqla dörd nəfər ölüb, 15 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
OXŞAR XƏBƏRLƏR