Çavuşoğlu Azərbaycanın İrandakı səfirliyinə hücumla bağlı Tehrana çağırış edib

Çavuşoğlu Azərbaycanın İrandakı səfirliyinə hücumla bağlı Tehrana çağırış edib
SİYASƏT
15:59 28.01.2023
250
"Son vaxtlar Azərbaycanın diplomatik missiyalarına qarşı terror hücumları həyata keçirilir. Parisdə 2, Livanda 1 hücum olub”.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, həmin hücumları oradakı radikal erməni qrupları həyata keçirib: "Həmçinin Londonda da radikal bir qrup Azərbaycanın səfirliyinə hücum etdi. İndi də İranda belə hadisə baş verdi. Bu hücumlar araşdırılmalıdır. Xüsusilə İranla Azərbaycan arasında səmimi əməkdaşlıq mühiti formalaşmalıdır”.

M.Çavuşoğlu, həmçinin Tehrana çağırış edib: "Qonşumuz İrandan gözləntimiz bu terror hücumunun arxasında dayananlar və hadisənin səbəbləri barədə Azərbaycana məlumat verməsidir. Bu, vacibdir. İkinci bir tərəfdən, bu hücumu təşkil edən şəxs və ya şəxslər məsuliyyətə cəlb olunmalıdır. Hər zaman deyirik: Can Azərbaycan tək deyil”.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs "Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda bu xain hücum üzrə araşdırma gedir.

Azərbaycan səfirliyinə hücum edən şəxs səfirlik əməkdaşları tərəfindən saxlanılıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Məhəmməd Mirzəli və Elşad Məmmədov da Baş Prokurorluğun İstintaq İdarəsinə çağırıldılar
18:55 16.03.2025
Məhəmməd Mirzəli və Elşad Məmmədov da Baş Prokurorluğun İstintaq İdarəsinə çağırıldılar
Şimali Makedoniyada gecə klubunda yanğın: 59 ölü, 155 yaralı
18:37 16.03.2025
Şimali Makedoniyada gecə klubunda yanğın: 59 ölü, 155 yaralı
Türkiyə və ABŞ prezidentləri telefonla danışıb
18:19 16.03.2025
Türkiyə və ABŞ prezidentləri telefonla danışıb
Qonaq getdikləri evdə üç yaşlı uşağı cərəyan vurdu
17:47 16.03.2025
Qonaq getdikləri evdə üç yaşlı uşağı cərəyan vurdu
Yük avtomobilindən “kahı” formasında aparılan narkotik vasitə aşkar edilib
17:35 16.03.2025
Yük avtomobilindən “kahı” formasında aparılan narkotik vasitə aşkar edilib
Ukrayna XİN başçısı atəşkəs qrupunun əsas vəzifəsini açıqlayıb
17:04 16.03.2025
Ukrayna XİN başçısı atəşkəs qrupunun əsas vəzifəsini açıqlayıb
Bakıda 17 və 24 nömrəli marşrutların hərəkət sxemi dəyişdiriləcək
16:44 16.03.2025
Bakıda 17 və 24 nömrəli marşrutların hərəkət sxemi dəyişdiriləcək
Serbiya prezidenti kütləvi etirazlar fonunda istefası ehtimalından danışıb
16:32 16.03.2025
Serbiya prezidenti kütləvi etirazlar fonunda istefası ehtimalından danışıb
Sabahın havası meteohəssas insanlar üçün necə olacaq?
16:12 16.03.2025
Sabahın havası meteohəssas insanlar üçün necə olacaq?
Azərbaycanda sınaq imtahanı keçirilib: Nəticələrin elan olunacağı vaxt açıqlanıb
16:05 16.03.2025
Azərbaycanda sınaq imtahanı keçirilib: Nəticələrin elan olunacağı vaxt açıqlanıb
ABŞ məhkəməsi miqrantların deportasiyasına qarşı qərar çıxarıb
15:54 16.03.2025
ABŞ məhkəməsi miqrantların deportasiyasına qarşı qərar çıxarıb
“Barselona” “Liverpul”un futbolçusunu transfer etmək niyyətindədir
15:27 16.03.2025
“Barselona” “Liverpul”un futbolçusunu transfer etmək niyyətindədir
Gəncədə suqızdırıcı partlayıb, ağır xəsarət alan var
15:14 16.03.2025
Gəncədə suqızdırıcı partlayıb, ağır xəsarət alan var
Paşinyan Azərbaycanla danışıqların başa çatması barədə Pezeşkiana məlumat verib
15:01 16.03.2025
Paşinyan Azərbaycanla danışıqların başa çatması barədə Pezeşkiana məlumat verib
Azərbaycan Basketbol Liqası: "Neftçi" NTD-ni məğlub edib
14:43 16.03.2025
Azərbaycan Basketbol Liqası: "Neftçi" NTD-ni məğlub edib
Rusiya Federasiya Şurasının sədri Azərbaycana rəsmi səfərə gəlib
14:28 16.03.2025
Rusiya Federasiya Şurasının sədri Azərbaycana rəsmi səfərə gəlib