Mövlud Çavuşoğlu: “Ermənistan daha cəsarətli davranmalıdır”

Mövlud Çavuşoğlu: “Ermənistan daha cəsarətli davranmalıdır”
DÜNYA
13:09 14.04.2022
344
"Azərbaycanla Ermənistan arasında qarşılıqlı inam yaradılması istiqamətində addımlar atılacaq”.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

"Birgə Sərhəd Komissiyasının yaradılması, Azərbaycanın təklif etdiyi sülh müqaviləsi ilə bağlı razılıq əldə olunmalıdır. Qardaşım Ceyhun Bayramov bizə məlumat verib.

Azərbaycan Prezidenti İlham Əliyevlə dövlət başçımız Rəcəb Tayyib Ərdoğan arasında da müzakirələr davam etdir. Biz prosesləri dəstəkləyirik. Türkiyədə görüş keçirilməsinin nə ziyanı var? Üçüncü ölkəyə nə ehtiyac var? Daha cəsarətli davranmalıdırlar”, - o bildirib.
OXŞAR XƏBƏRLƏR