Mövlud Çavuşoğlu İrana gedəcək

Mövlud Çavuşoğlu İrana gedəcək
SİYASƏT
15:41 14.11.2021
388
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu noyabrın 15-də İrana səfər edəcək.

Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda səfərin İranın xarici işlər naziri Hüseyin Əmir Abdullahiyanın dəvəti əsasında həyata keçirildiyi bildirilib.

Səfər çərçivəsində ikitərəfli əlaqələrin müxtəlif aspektləri geniş şəkildə müzakirə ediləcək. Həmçinin, regional və beynəlxalq məsələlərlə bağlı fikir mübadiləsi aparılacaq.
OXŞAR XƏBƏRLƏR