Mövlud Çavuşoğlu "Qarabağ"ı təbrik etdi

Mövlud Çavuşoğlu "Qarabağ"ı təbrik etdi
SİYASƏT
14:34 25.08.2017
884

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın "Qarabağ" futbol klubunu Çempionlar Liqasına çıxması münasibətilə təbrik edib.

M.Çavuşoğlu "Twitter"dəki səhifəsində yazıb:

"Qardaş Azərbaycanın uğuru bizi də qürurlandırdı. Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanaraq tarix yazan "Qarabağ" futbol komandasını təbrik edirik".

Qeyd edək ki, "Qarabağ" Azərbaycan futbolu tarixində ilk dəfə olaraq UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.

///trend
OXŞAR XƏBƏRLƏR