Əsir götürülən erməni komandirlə bağlı - RƏSMİ AÇIQLAMA

Əsir götürülən erməni komandirlə bağlı - RƏSMİ AÇIQLAMA
Siyasət
16:44 24.08.2020
1273
Azərbaycan Müdafiə Nazirliyi Ermənistan Müdafiə Nazirliyinin erməni zabitin guya yolu azaraq Azərbaycan tərəfinə keçməsi ilə bağlı açıqlamasına münasibət bildirib.

Azərbaycan Müdafiə Nazirliyindən AZXEBER.COM-a verilən xəbərə görə, Ermənistan Müdafiə Nazirliyinin istənilən faktı inkar və təkzib etməsi artıq heç kəsdə şübhə doğurmur.

"Xüsusi tapşırıq yerinə yetirən diversiya-kəşfiyyat qrupunun komandiri baş leytenant Qurgen Alaverdyanın əsir götürülməsi faktını Ermənistan Müdafiə Nazirliyi zabitin guya dayaq məntəqəsini yoxlayarkən əlverişsiz hava şəraiti ucbatından "yolu azaraq itkin düşüb” deməklə təkzib etməyə çalışır. Tapşırıq icra edərkən əsir götürülən zabit hərbi geyim formasında olmasaydı sözsüz ki, Ermənistan Müdafiə Nazirliyi onu bu dəfə də ya çoban, ya da ruhi xəstə kimi qələmə verəcəkdi.

Əgər bir zabit "itir” və 24 saatdan da artıq vaxt keçməsinə baxmayaraq bu barədə ictimaiyyətə heç bir məlumat verilmirsə bu, Ermənistan ordusunda özbaşınalığın, intizamsızlığın hökm sürdüyünü, artan cinayət hadisələrinin, qeyri-döyüş itkilərinin daim və məqsədyönlü şəkildə ictimaiyyətdən gizlədildiyini bir daha sübut edir”, - Müdafiə Nazirliyinin açıqlamasında bildirilir.

"Hər dəfə təxribat qrupuna bələdçilik edən Ermənistan vətəndaşı və ya qrupunun üzvü Azərbaycan Ordusunun bölmələri tərəfindən ələ keçirildikdən sonra qarşı tərəf eyni senariyə əsasən bu şəxsləri psixi problemləri olan kənd sakini, ruhi xəstə, çoban, cinayət törətmiş kriminal element və sərxoş halda yolunu azaraq itkin düşən kimi təqdim edir.

Qeyd edək ki, Ermənistanın bu təxribatının da qarşısı Azərbaycan Ordusunun ayıq-sayıqlığı və peşəkarlığı nəticəsində qətiyyətlə alınıb.

Qoşunların təmas xəttində və Ermənistan-Azərbaycan dövlət sərhədi istiqamətində vəziyyətin gərginləşməsinə görə məsuliyyət tam şəkildə Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür”, - bəyanatda qeyd edilir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İslamabad və Dəkkə ikitərəfli münasibətləri inkişaf etdirəcəklər
13:53 23.08.2025
İslamabad və Dəkkə ikitərəfli münasibətləri inkişaf etdirəcəklər
Zelenski: Ukrayna öz torpaqlarından imtina etməyəcək
13:42 23.08.2025
Zelenski: Ukrayna öz torpaqlarından imtina etməyəcək
Yasamalda 45 yaşlı qadın qətlə yetirildi
13:30 23.08.2025
Yasamalda 45 yaşlı qadın qətlə yetirildi
Bazar günü 38 dərəcə isti olacaq
13:14 23.08.2025
Bazar günü 38 dərəcə isti olacaq
Azərbaycan, Türkmənistan və Özbəkistan nəqliyyat və kommunikasiyalar üzrə Birgə İşçi Qrupu yaradır
12:54 23.08.2025
Azərbaycan, Türkmənistan və Özbəkistan nəqliyyat və kommunikasiyalar üzrə Birgə İşçi Qrupu yaradır
Nadir Qafarzadənin evində toy olacaq
12:47 23.08.2025
Nadir Qafarzadənin evində toy olacaq
Bakı, Daşkənd və Aşqabad strateji tərəfdaşlığın möhkəmləndirilməsi kursunu təsdiqləyən birgə bəyanat qəbul edib
12:36 23.08.2025
Bakı, Daşkənd və Aşqabad strateji tərəfdaşlığın möhkəmləndirilməsi kursunu təsdiqləyən birgə bəyanat qəbul edib
Azərbaycanda avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar 10 % artıb
12:26 23.08.2025
Azərbaycanda avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar 10 % artıb
İran bir neçə ölkədə silah zavodları tikdi
12:11 23.08.2025
İran bir neçə ölkədə silah zavodları tikdi
Paytaxtın bu ərazisində hərəkət məhdudlaşdırılacaq
11:59 23.08.2025
Paytaxtın bu ərazisində hərəkət məhdudlaşdırılacaq
Yasamalda 45 yaşlı qadın qətlə yetirildi
11:38 23.08.2025
Yasamalda 45 yaşlı qadın qətlə yetirildi
Valentina Matviyenko Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib
11:34 23.08.2025
Valentina Matviyenko Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib
İlham Əliyev Türkmənistana səfəri ilə bağlı paylaşım etdi - VİDEO
11:31 23.08.2025
İlham Əliyev Türkmənistana səfəri ilə bağlı paylaşım etdi - VİDEO
Rusiyalı alpinist 4 il əvvəl həyat yoldaşının öldüyü yüksəklikdə vəfat edib
11:22 23.08.2025
Rusiyalı alpinist 4 il əvvəl həyat yoldaşının öldüyü yüksəklikdə vəfat edib
Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”
11:20 23.08.2025
Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”
Ukraynada “MiQ-29” qırıcısı qəzaya uğrayıb, pilot ölüb
11:14 23.08.2025
Ukraynada “MiQ-29” qırıcısı qəzaya uğrayıb, pilot ölüb