Mxitaryan Bakıya gəlmir! – "Arsenal" rəsmən açıqladı

TOP4
15:05 21.05.2019
3316
"Arsenal" futbolçusu Henrix Mxitaryanı Avroliqanın Bakıda keçiriləcək finalına gətirib-gətirməyəcəyi ilə bağlı yekun qərarını verib.

AZXEBER.COM-un xəbərinə görə, klub rəsmi saytı vasitəsilə açıqlama yayaraq bildirib ki, erməni hücumçunun Bakıya gətirilməyəcək.

"Arsenal" futbolçunun özü və ailəsi ilə müzakirədən sonra onu Bakıya gətirməməyə qərar verdi. Biz UEFA-ya məktub yazıb, bu vəziyyət haqqında narahatlığımızı ifadə etdik. Henrix klubumuz üçün əsas oyunçudur. Buna görə bu, böyük itkidir. Çox kədərli vəziyyətdir. Çünki finallar futbolçunun karyerasında nadir hallarda olur".

OXŞAR XƏBƏRLƏR