"Mxitaryan gəl, digər məsələləri kənara qoyaq" - Azərbaycanın Böyük Britaniyadakı səfiri

İDMAN
12:45 21.05.2019
4496

Rəsmi Bakı növbəti dəfə Londonun Arsenal klubunun futbolçusu Henrix Mxitaryanın Bakıya gəlməsi üçün təhlükəsizliyinə zəmanət verib.

Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə "Sky Sports”a müsahibəsində bu faktı bir daha təkrarlayıb: "Mxitaryan təhlükəsizliyinə təminat almaq üçün şəxsən mənimlə əlaqə saxlaya bilər. Əgər Henrix mənimlə danışsaydı, buna şad olardım. Avropa Liqasının finalı A səviyyəli tədbirlər sırasındadır. Bizim məqsədimiz bu matç ətrafında siyasi oyun oynamaqdırsa, bu, başqa məsələ. Amma Mxitaryana pulu siyasətçi deyil, futbolçu olduğuna görə ödəyirlər. Ona görə də gəlin, digər məsələləri kənara qoyaq”.

Səfir Tahir Tağızadənin sözlərinə görə, Henrix Mxitaryanın problemi odur ki, rəsmi Bakının icazəsi olmadan Azərbaycanın işğal altındakı bölgələrinə qanunsuz səfər edib: "Buna görə də onun adı hokumətin qara siyahısına düşüb. Amma buna baxmayaraq, Mxitaryanın təhlükəsizliyinə zəmanət verilib”.

Daha sonra səfir belə bir sual verib: "Həqiqətdə axı Mxitaryan nə istəyir? Mənim ona mesajım belə olacaq: sən futbolçusan və futbol oynamaq istəyirsən? Onda Bakıya gəl, sən təhlükəsizlikdə olacaqsan. Amma əgər sən bu məsələ ətrafında oynamaq istəyirsənsə, bu ayrı mövzudur. Mən təminat verirəm ki, Azərbaycan hakimiyyəti bu matça gələn hər bir azarkeş və komanda üzvünün təhlükəsizliyini qoruyacaq”.

Xatırladaq ki, bir müddət öncə Britaniya mətbuatı təhlükəsizlik məsələrinə görə Arsenal-ın Henrix Mxitaryanı Bakıya gətirməyəcəyini yazıb. Klub özü isə futbolçunun təhlükəsizliyinə təminat almaq üçün UEFA ilə danışıqların davam etdiyini bildirib. Klubun gün ərzində qərarını açıqlayacağı gözlənilir.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

16:48 26.11.2020

Kəlbəcər həsrətinə son qoyuldu - Azərbaycan tarix yazmaqda davam edir

16:45 26.11.2020

Türkiyənin axtarışa verdiyi şəxs Sumqayıtda saxlanıldı

16:38 26.11.2020

İsmayıllıda koronavirus xəstəsi barədə cinayət işi başlanıldı

16:36 26.11.2020

Erməni valideyn: "Əsgər və hərbçilər koronavirusa, dizenteriyaya yoluxub"

15:58 26.11.2020

Azərbaycan və İndoneziya XİN başçıları arasında telefon danışığı olub

15:47 26.11.2020

Hulusi Akardan Fransa Senatının qətnaməsi ilə bağlı açıqlama

15:39 26.11.2020

Azərbaycan Əfqanıstanla əməkdaşlığın genişlənməsi imkanlarını müzakirə edib

15:17 26.11.2020

DİN əhaliyə çağırış etdi - VİDEO

15:04 26.11.2020

Maradona ilə vida mərasimində azarkeşlərlə polis arasında münaqişə oldu

14:43 26.11.2020

"Fransa ATƏT-in Minsk qrupundan çıxarılsın" - Milli Məclis bəyanat yaydı

14:42 26.11.2020

Binəqədi rayonunda reydlər davam etdirilir - FOTO

14:41 26.11.2020

Gürcüstanda yeni məhdudiyyət qüvvəyə minir

14:35 26.11.2020

Paşinyan 2021-ci ilin iyununa qədər vaxt istədi

14:19 26.11.2020

Atanın hər iki gözünü itirmiş oğluna dediyi sözlər hər kəsi kövrəltdi - VİDEO

14:16 26.11.2020

“Əminəm ki, belə çətin günlərdə müştərilərə dəstək olmağımızın bəhrəsini yaxın gələcəkdə mütləq görəcəyik”

14:16 26.11.2020

Ermənilər şokda: Özlərinin yandırdığı kənddə yaşayacaqlar - FOTO