00:25 çərşənbə Axşamı, 15 Oktyabr 2019
İDMAN

Mxitaryan “Qarabağ”a qarşı təxribat törədənə zəng vurub

22:11, 05.10.201940701
Mxitaryan “Qarabağ”a qarşı təxribat törədənə zəng vurub
Ermənistan millisinin və "Roma" futbol klubunun oyunçusu Henrik Mxitaryan UEFA Avropa Liqasının qrup mərhələsinin II turunda "Qarabağ”ın Lüksemburqda "Düdelanj”a 4:1 hesabı ilə qalib gəldiyi oyunda təxribat törədən iştirakçılardan biri ilə telefon əlaqəsi saxlayıb.  
 
Bunu "Sport24.ru” saytına açıqlamasında təxribat iştirkaçılarından biri - 22 yaşlı Spartak Adamyan bildirib. O, əvvəl də "Qarabağ"a qarşı təxribat törətdiyini etiraf edib və hadisənin ötən il dekabrın 18-də "Qarabağ”ın İngiltərənin "Arsenal” klubu ilə Londondakı Avropa Liqasının qrup oyununda meydana qondarma "Dağlıq Qarabağ Respublikası”nın bayrağı ilə girdikdən sonra baş verdiyini söyləyib:

"O vaxt Mxitaryan mənə yaxınlaşmaq istəyirdi, amma buna ehtiyac yox idi, məni artıq stüardlar kənarlaşdırmışdı. Növbəti gün, hava limanına getmək istədiyim vaxt mənə özünü Henrix Mxitaryan kimi təqdim edən bir oğlandan zəng gəldi. Əvvəlcə inanmadım. Elə bildim ki, dostlarım zarafat edir. Ancaq zəngin İngiltərə nömrəsindən gəldiyini görəndə, başa düşdüm ki, odur. Məlum səbəblərdən onunla şəxsi söhbətim barədə ətraflı danışa bilmərəm. Bu münasibətinə görə Mxitaryana minnətdaram”.

Xatırladaq ki, oktyabrın 3-də "Düdelanj” – "Qarabağ” matçında Ağdam klubunun ikinci qolundan sonra meydanda erməni təxribatı baş verib. Belə ki, oyunun 31-ci dəqiqəsində dronla meydanın mərkəzinə qondarma "Dağlıq Qarabağ Respublikası”nın bayrağı gətirilib. Bu isə "Qarabağ”ın futbolçularının kəskin etirazına səbəb olub. Təxribata görə qarşılaşmanın baş hakimi oyunu yarımçıq saxlayıb. Komandalar soyunmaa-geyinmə otağına yollanıb. Bunun ardınca Lüksemburqun İdman naziri Dan Kerş "Qarabağ”ın soyunub-geyinmə otağına gələrək futbolçulardan üzr istəyib.  
 
///Qafqazinfo
XƏBƏR LENTİ