"Mxitaryanın yolunu təkrarlamaq istərdim" - Ramil Şeydayev

"Mxitaryanın yolunu təkrarlamaq istərdim" - Ramil Şeydayev
İDMAN
12:19 28.03.2019
5209
"Xorvatiyaya qarşı yaxşı oynadığımızı düşünürəm. Rəqibi əks hücumlarda tuturduq. Yalnız ona görə təəssüflənirəm ki, qarşılaşmadan xalsız ayrıldıq. Lakin buna çox yaxın idik. İstənilən halda, Zaqrebdəki oyunumuzu müsbət dəyərləndirmək olar. Düzü, oyundan öncə həyəcan var idi. Xorvatiyanın ulduzlardan ibarət komandası var. Tam qüvvəmizi ortaya qoymalı olduq. Litva ilə yoldaşlıq görüşünə isə yorğun çıxmışdıq. Şanslardan yararlana bilmədik və heç-heçə etdik". 

AZXEBER.COM sportal.az-a istinadən xəbər verir ki, bu sözləri milli komandamızın üzvü Ramil Şeydayev deyib.  

O, AÇ-2020-nin seçmə mərhələsində səfərdə Xorvatiyaya qarşı keçirdikləri qarşılaşmanı dəyərləndirib. Rusiyanın "Krılya Sovetsov" klubunun futbolçusu Xorvatiya millisinin üzvü Luka Modriçə qarşı oynamağın böyük təcrübə olduğunu söyləyib: "Əlbəttə, Modriçlə eyni meydana çıxmaq xoş idi. O, ötən mövsümün yekununda "Qızıl top"u təsadüfi almayıb. Böyük təcrübəyə sahib olduğu oyun zamanı dərhal hiss olunur. Belə rəqiblə qarşılaşdıqda özün idmançı kimi inkişaf edirsən. Bu, qiymətsiz təcrübədir. Yeri gəlmişkən, özüm Madrid "Real"ına azarkeşlik edirəm. Təkcə Modriçə yox. O, "Tottenhem"də oynadığı vaxt həmişə "Arsenal"a azarkeşlik edirdim". 

23 yaşlı hücumçu millimizin AÇ-2020-nin seçmə mərhələsindəki şanslarını dəyərləndirib: "Düşünürəm ki, mümkünsüz heç nə yoxdur. Baxın, seçmə mərhələdə nə qədər sensasiya, maraqlı süjetlər baş verir. Qrupumuzda yaxşı komandalar var. Biz ikinci yer uğrunda mübarizə aparmağa çalışacağıq".  

Millimizin üzvü azərbaycanlı futbolçuların Rusiya çempionatıında oynamaq gücündə olduqlarını sözlərinə əlavə edib: "Çoxlarını sadalaya bilərəm. Amma konkretləşdirməyəcəyəm. Çünki bunlar subyektiv fikirlərdir. Futbolçu bir komandaya uyğun gəlir, digərinə yox. Hər şey baş məşqçinin baxışından asılıdır. Azərbaycanlı futbolçuların ustalıq səviyyələri isə lazımi səviyyədədir". 

Şeydayev Azərbaycan millisini seçdiyinə görə özünü peşman hiss etmir: "Bu, düşünülmüş və çətin bir qərar idi. Bəli, bütün ömrümü Rusiyada keçirmişəm. Nüfuzlu turnirlərdə oynamaq istərdim. Amma Rusiyada davamlı beynəlxalq təcrübəmin olacağına zəmanət yox idi. Azərbaycanda isə mənə dərhal hiss etdirdilər ki, baş məşqçiyə lazımam. Azarkeşlər də məni isti qarşıladılar. Ona görə də müsbət və mənfiləri müqayisə etdikdən sonra razılaşdım. İndi buna görə təəssüflənmirəm. Son 3 ildə Almaniya, Çexiya, indi idə Xorvatiya kimi komandalara qarşı oynamışam. Bu, can atdığım şeydir".

Forvard İngiltərənin "Arsenal" klubunun formasını geyinmək arzusunu gizlətməyib: "Bəli, "Arsenal"ın oyun üslübunu çox bəyənirəm. İlk kompyuterim olanda yalnız "Arsenal"ı seçib oynayardım. "Arsenal" arzu etdiyim klubdur. Əlbəttə, Henrik Mxitaryanın yolunu təkrarlamaq istərdim. Ancaq "Mançester Yunayted"dən ora keçməklə deyil. Ən yaxşısı burdan birbaşa "Arsenal"a getməkdir".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Laçında sərxoş halda söyüş söyən vəzifəlilər - Həbs olundu
12:48 12.09.2025
Laçında sərxoş halda söyüş söyən vəzifəlilər - Həbs olundu
“Qərbi azərbaycanlıların Ermənistana qayıdışı Paşinyan üçün öldürücü zərbə ola bilər” - Politoloq
12:47 12.09.2025
“Qərbi azərbaycanlıların Ermənistana qayıdışı Paşinyan üçün öldürücü zərbə ola bilər” - Politoloq
“Xarıbülbül” yay düşərgəsi yekunlaşdı - FOTOLAR
12:41 12.09.2025
“Xarıbülbül” yay düşərgəsi yekunlaşdı - FOTOLAR
Cerdan Şakiri: “Son 15 ilin ən zəif “İnter” heyətində idim”
12:38 12.09.2025
Cerdan Şakiri: “Son 15 ilin ən zəif “İnter” heyətində idim”
"Şagirdlərin əksəriyyətində oxuyub-anlama problemi var" - Emin Əmrullayev
12:36 12.09.2025
"Şagirdlərin əksəriyyətində oxuyub-anlama problemi var" - Emin Əmrullayev
"Bir qızın anası ilə on ildir danışmaması fəlakətdir" - Tolik
12:23 12.09.2025
"Bir qızın anası ilə on ildir danışmaması fəlakətdir" - Tolik
"Ən səriştəli müəllimlərimiz 21-ci əsrin tələblərinə uyğun sual yaza bilmir" - Nazir
12:05 12.09.2025
"Ən səriştəli müəllimlərimiz 21-ci əsrin tələblərinə uyğun sual yaza bilmir" - Nazir
Ayan: Daha önəmli işlərim olduğu üçün toya getməmişəm
11:51 12.09.2025
Ayan: Daha önəmli işlərim olduğu üçün toya getməmişəm
Polis paytaxtda vətəndaşların əmlakını talayan şəxsləri saxladı
11:50 12.09.2025
Polis paytaxtda vətəndaşların əmlakını talayan şəxsləri saxladı
Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu - RƏSMİ
11:50 12.09.2025
Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu - RƏSMİ
"Azərbaycan bölməsinin şagirdləri rus bölməsindən daha yaxşı nəticə göstərib"
11:40 12.09.2025
"Azərbaycan bölməsinin şagirdləri rus bölməsindən daha yaxşı nəticə göstərib"
"Məni Aygünün ildönümünə çağırmadılar" - Zümrüd Hümbətova
11:38 12.09.2025
"Məni Aygünün ildönümünə çağırmadılar" - Zümrüd Hümbətova
Azərbaycanda işsiz şəxslərin sayı açıqlandı
11:34 12.09.2025
Azərbaycanda işsiz şəxslərin sayı açıqlandı
Metroda interval 1 dəqiqə 45 saniyəyə endirildi - İlk dəfə
11:24 12.09.2025
Metroda interval 1 dəqiqə 45 saniyəyə endirildi - İlk dəfə
Türkiyədə tətildə olan məşhur cütlük dələduzluğa məruz qalıb
11:18 12.09.2025
Türkiyədə tətildə olan məşhur cütlük dələduzluğa məruz qalıb
Birbank Biznes-dən sahibkar qadınlara özəl imkanlarla dolu biznes kartı
11:04 12.09.2025
Birbank Biznes-dən sahibkar qadınlara özəl imkanlarla dolu biznes kartı