"My Beach Novxanı” restoranının kotecində yanğın hadisəsi baş verib.
AZXEBERCOM xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, Abşeron rayonunun Novxanı kəndində istirahət mərkəzinin ərazisində ümumi sahəsi 100 m² olan mansarda tipli kotecin yanar konstruksiyaları 70 m² sahədə yanıb.
Kotecin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.