Myanmada fövqəladə vəziyyət rejimi uzadılıb

Myanmada fövqəladə vəziyyət rejimi uzadılıb
DÜNYA
05:47 01.08.2023
160
Myanma hakimiyyəti ölkədə davam edən silahlı toqquşmalar fonunda fövqəladə vəziyyəti növbəti dəfə altı ay uzadıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə "Myawaddy TV” məlumat yayıb.

Bildirilib ki, konstitusiyanın 425-ci maddəsinə əsasən, Milli Müdafiə və Təhlükəsizlik Şurası yekdilliklə fövqəladə vəziyyətin daha 6 ay uzadılması barədə qərar qəbul edib.

Myanmada 2021-ci ilin fevral ayından fövqəladə vəziyyət sonuncu dəfə 2023-cü ilin fevralında uzadılıb.
OXŞAR XƏBƏRLƏR