Myanmarda polislə toqquşmalarda ölən mülki şəxslərin sayı 700 nəfəri ötüb

Myanmarda polislə toqquşmalarda ölən mülki şəxslərin sayı 700 nəfəri ötüb
DÜNYA
21:22 11.04.2021
547
Myanmarda təhlükəsizlik qüvvələri ilə toqquşmalar zamanı ölən mülki şəxslərin sayı 701-ə çatıb.

Siyasi Məhbuslara Yardım Təşkilatının yaydığı gündəlik hesabata əsasən, hazırda etirazlarda iştirak edən 3012 nəfər tutularaq saxlanılıb.

Onlardan 656 nəfərə həbs hökmü verilib.

Qeyd edək ki, fevralın 1-də Myanmardakı hərbi çevrilişdən sonra ölkədə etirazlar səngimək bilmir. 
OXŞAR XƏBƏRLƏR