Myanmada toqquşmalarda ölənlərin sayı 737-ə çatıb

Myanmada toqquşmalarda ölənlərin sayı 737-ə çatıb
DÜNYA
21:24 18.04.2021
564
Myanmada etirazçılarla təhlükəsizlik qüvvələri arasında fevral ayının əvvəllərindən bəri baş verən qarşıdurmalarda ölənlərin sayı 737-ə yüksəlib.

Trend-in məlumatına görə, bu barədə Myanmada Siyasi Məhbuslara Yardım Assosiyasiyası bildirib.

Qeyd olunub ki, 18 aprel tarixi üçün hərbi xunta tərəfindən 737 nəfərin ölümü təsdiqlənib.
 
Bildirilib ki, 3 229 nəfər azadlıqdan məhrum edilib, onlardan 75-i barədə həbs cəzası seçilib.

OXŞAR XƏBƏRLƏR