Bu ölkədə vətəndaş müharibəsi başladı: Onlarla əsgər Hindistana qaçdı

Bu ölkədə vətəndaş müharibəsi başladı: Onlarla əsgər Hindistana qaçdı
DÜNYA
12:23 14.11.2023
226
2021-ci ildə baş verən çevrilişdən sonra ordu ilə silahlı qruplar arasında qarşıdurmaların şiddətləndiyi Myanmarda bir çox əsgər qonşu Hindistana sığınıb.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, 2021-ci ildə dövlət çevrilişindən sonra ordu ilə üsyançı qruplar arasında münaqişələrin vətəndaş müharibəsinə çevrildiyi Myanmarın Hindistan sərhəddində qarşıdurmalar yenidən artıb.

Hindistan polisi ən azı 43 Myanmar əsgərinin sağ qalmaq üçün onlara təslim olduğunu bildirib.

Son günlərdə 2 mindən çox myanmarlı münaqişələr səbəbindən Hindistana qaçıb. Onlardan bəzilərinin yaralandığı və müalicə olunduğu bildirilib.

Hindistanın Mizoram əyaləti müharibədən qaçan 30 mindən çox Myanmar qaçqına ev sahibliyi edir.
 
Hökumət illərdir ki, etnik qrupların üstünlük təşkil etdiyi sərhəd bölgələrində silahlı qruplarla mübarizə aparır.

Myanmar ordusunun çevriliş əleyhinə nümayişçilərə və üsyançı qruplara qarşı silahlı müdaxiləsi nəticəsində indiyədək 902 nəfər ölüb, minlərlə nümayişçi saxlanılıb. 
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR