Nə gündəsən Azərbaycan aktyoru?! (KÖŞƏ)

Nə gündəsən Azərbaycan aktyoru?! (KÖŞƏ)
KÖŞƏ
11:05 03.06.2011
2974

Görəsən, aktyorlarımızın bugünkü durumu ən çox kimləri maraqlandırır. Doğrusu, korifey aktyorlarımız var, lakin onların hazırki vəziyyəti, həqiqətən də, çox acınacaqlıdır. Hamı teatrmızdan, kinomuzdan çox narazıdır. Bunun səbəbini ilk növbədə aktyorlarımızda axtarırıq.

Bəs yaxşı heç kim düşünmür ki, aktyorlar niyə bu gündədir. Bizim çox peşəkar, istedadlı aktyorlarımız var. Amma onların maddi sıxıntıdan yaranmış ehtiyacları peşəkarlıqlarını kölgədə qoyur. Əgər bir aktyor ki, yaşayışını təmin etmək üçün toylarda tamadalıq edirsə, onda onun səhnədə oynadıgı rolunda səviyyəsi ancaq bu qədər olar. Bu yolu seçməkdə hec də onları qınamaq olmaz. Çünki 150-180 manat maaş indiki dövrdə bir ailənin normal yaşayışını təmin etmək üçün yetərli deyil. Həyatını bu sahəyə həsr etmiş insanlar arasında hələ də mənzil problemi olanlar və kirayədə qalanlar var. Onlar çörək pulunu düşünməkdən sənətlərini arxa planda qoyurlar. Bəs kimdir və ya kimlərdir günahkar? Aktyorlar bütün günahı maliyyə vəsaitinin olmamasında, tamaşaçılar isə aktyorların qeyri-peşəkarlığında görür. Bütün bunların səbəbini aydınlaşdırmaq üçün yaxın keçmişə nəzər salaq. Aktyorlarımıza qayğı və diqqətin daha çox olduğu SSRİ dövründə çəkilmiş kinolarımız bu gün də insanlar tərəfindən sevə-sevə izlənilir.

Çünki o vaxt bir filmin çəkilişi üçün yetərli maddi vəsait ayrılırdı. Bu da bütünlüklə aktyorların fikirlərini həmin filmə yönətmələrinə səbəb olurdu. Bəs indiki dövrdə niyə belə filmlərimiz yoxdu? Nəyə görə cəmiyyətimizin teatra marağı azalıb? Biz nə vaxta qədər xarici seriallara və köhnə kinolarımıza baxacıyıq? Düzdür yeni filmlərimiz çəkilir, amma çox keyfiyyətsiz formada. Məsələn, son dövrlər efirdə yayımlanan “ Aramızda qalsın “, “Küləklər şəhəri” kimi seriallara baxanda insanların köməyinə ancaq televizor pultu gələ bilir. Çünki bu filimlərdə qeyri-peşəkarlar çoxluq təşkil edir. Bunun da səbəbi təkcə aktyorlarda deyil, həm də rejissorlardadır. İdea kasadlığı ucbatından rejissorlarımız xarici televiziya kanallarında yayımlanan serialların ssenarisini olduğu kimi təkrar edirlər və bu da uğursuzluğa gətirib çıxarır. Bir filmin uğurlu alınması üçün ən başlıca şərtlərdən biri yetərli pul vəsaiti ayırmaq və bu işə məsuliyyətlə yanaşan səriştəli rejissorlar lazımdır.

Bizim özünü peşəkar sayan aktyorlarımız heç “ Öylə bir geçər zaman ki “ serialındakı balaca Osman qədər də deyillər. Çünki bu dırnaqarası peşəkar aktyorlarımız kimlərinsə sifarişiylə kinoya çəkilirlər. Bu da filmlərimizin aşağı səviyyədə olmasına səbəb olur. Bundan əlavə, bizim indiki kinolarmızda daha çox məşhur müğənnilər rol alır. Halbuki, bunların əvəzinə küncdə-bucaqda qalmış peşəkar və istedadlı aktyorlarımızda ola bilər. Onların bu rollar müqabilində aldıqları məvacibə kifayət qədər imkanı olan müğənnilərdən daha çox ehtiyacı var. Hər yerdə olduğu kimi aktyorlar arasındada istisnalar var. Çünki sponsor tərəfindən maliyələşən hər cür maddi imkanı olan, lakin istedadı olmayan qeyri-peşəkar aktyor və aktirisalarımız hər zaman gündəmdədir. Belələrinə görə də, peşəkarlar istedadlarını göstərə bilmir və ağır yaşayış tərzinə öyrəşməyə məcbur olurlar. Nece deyərlər istedad var, amma şərait yoxdur.

Fidan Əliheydər


OXŞAR XƏBƏRLƏR