Nədir fahişəlik, kimdir fahişə?!

MARAQLI
06:57 13.08.2011
2394

Nədir fahişəlik, kimdir fahişə?!

Bizdə fahişəni adətən gecə klublarında əylənənlərə, bədənini pula satıb gündə biri ilə yatanlara və satmayıb yatanlara, içki içən, siqaret çəkən qızlara deyirlər. Mənim fikrimcə isə onlara fahişə deyənlər öz fahişəliklərini gizlətmək istəyənlərdir.

Mənim üçün fahişə kefdən, məcburiyyətdən, bilərəkdən, bilməyərəkdən bədənini pula satanlar, gündə biri ilə yatanlar deyil, vicdanını, qürurunu satanlardır!

Mənim üçün fahişə gecələr klubda əylənib, evə gec qayıdanlar, mini yubka geyinənlər deyil, işsizlikdən, bacarıqsızlıqdan gecə gündüz çayxanada oturub həmin qadınları müzakirə edənlərdir.

Mənim üçün fahişə siqaret çəkən, içki içən xanımlar deyil, içki içmək istəyən, siqaret çəkmək istəyən, lakin komplekslərində boğulduğu üçün çəkib – içə bilməyən, özünün yaxşı olduğunu göstərmək üçün həmin xanımlara fahişə deyənlərdir.

Pərviz ƏZİMOV 

OXŞAR XƏBƏRLƏR