Mərkəzi Kahramanmaraş olan 11 vilayətdə baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlərdən sonra İstanbulda gözlənilən zəlzələ ilə bağlı narahatlıqlar artmağa başlayıb.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Elmlər Akademiyasının üzvü, Yer alimi, professor Naci Görür ola biləcək Mərmərə zəlzələsi ilə bağlı xəbərdarlıq olub.
Naci Görür açıqlamasında, "Mərmərədə zəlzələlər yaradacaq iki aktiv qırılma xətti var. Mərmərə dənizində gözlənilən zəlzələ 7,2 ilə 7,6 arasında dəyişəcək. 7,5 bal gücündə zəlzələ üçün bütün ssenarilər və hazırlıqlar görülür. Mərmərə dənizində zəlzələlər çox tez-tez baş verir. Xüsusilə Mərkəzi Mərmərə xəndəyindən, yəni Silivridən qərbə doğru dənizdə çox tez-tez zəlzələlər olur. Bu zəlzələlər əsasən 3 və 4 bal gücündə zəlzələlər olur. Bu zəlzələlərin mühüm hissəsi tektonik zəlzələlər deyil. Daha çox dənizin dibindən çıxan təbii qazdan asılıdır. Ona görə də təbii qaz çıxışlar və o bölgədəki fəaliyyət belə zəlzələlər yarada bilər. Bu 4.1 bal gücündə zəlzələyə əhəmiyyət vermək düzgün deyil, çünki bunlar çox tez-tez baş verə bilər”, - bildirib.
Ayşən