Nadir Ezonu biabır etdi: Yəqin bu qız öz dilindən utanır

Nadir Ezonu biabır etdi: Yəqin bu qız öz dilindən utanır
MAQAZİN
15:56 14.10.2016
7765
Müğənni Nadir Qafarzadə Türkiyədə yaşayan azərbaycanlı ifaçı Ezo ilə pağlı paylaşım edib.
 
Axşam.az-ın məlumatına görə, sənətçi "Nəsib olsa” verilişinə qonaq olan Ezonun Azərbaycan dilində yox, türkcə danışmasını qınayıb: "Təsadüfən kanalların birində bu qızın qonaq olduğunu gördüm. Düzü tanımasam da, aparıcının dilindən adının Ezo olduğunu eşitdim. Əvvəlcə elə bildim Türkiyə sənətçisidir, sonra öyrəndim ki, azərbaycanlıdır, cənub bölgəsindəndir. Amma bir şeyi anlamadım, bu qız doğma dilində danışmadı. Yəqin öz dilindən utanır? Başqa cür necə ola bilər ki? Yazıq dilimiz, artılq səndən utanırıq da. Allah sənin köməyin olsun, yavaş-yavaş səni itirirk. Sualıma cavab tapsam sevinərəm”.
 
N.Qafarzadə bir az keçəndən sonra paylaşımını silib.
OXŞAR XƏBƏRLƏR