ARB TV-nin "Səhər-səhər” verilişində qonaq olan müğənni Nadir Qafarzadə həmkarlarının ünvanına kəskin fikirlər səsləndirib.
AZXEBER.COM-un məlumatına görə, o, Əli Mirəliyevi müdafiə etmək məqsədi ilə gənc müğənnilərə sərt ismarıc verib:
"Əli Mirəliyevi lağa qoyan müğənnilər, gedin qanqalınızı otlayın, adam olanda gələrsiniz. Mən qıcıqlanıram. Şəxsən yolda görsəm, tutub səni boğub öldürərəm. Ağsaqqal kişidir, utanmırsınızmı onun üzünə ağ olursunuz?! Ölüb-yerə girmirsən?! Mən Əli Mirəliyevi görəndə qorxuram ki, addımımda səhv tutar”.
Həmin görüntünü təqdim edirik: