Müğənni Nadir Qafarzadə “İnstagram” səhifəsindən bütün dostlarını silib. AZXEBER.COM-un məlumatına görə, ifaçı bu barədə öz səhifəsində yazıb: “Dostlar, hər vaxtınız xeyir. Bu gün qərara aldım ki, “İnstagram” profilimdə dəyişiklik edim. Heç kim məndən inciməsin. Mən “İnstagram”da 42 nəfəri “Takip” edirdim. İndi həmin 42 dostumu da sildim. Düşünürəm ki, məndən inciməzlər. Məni izləmək istəməyənlər də varsa, mən incimirəm. Minnətçi olmaq istəmirəm”.
Qeyd edək ki, N.Qafarzadənin hazırda “İnstagram” səhifəsində 57 min izləyicisi var.