Nadir Qafarzadə maşını «səkkiz yaza-yaza» sürür - VİDEO

Nadir Qafarzadə maşını «səkkiz yaza-yaza» sürür - VİDEO
SOSİAL
15:36 25.10.2016
3443
Müğənni Nadir Qafarzadə Qəbələyə gedərkən yolda öz musiqilərinə qulaq asaraq yol hərəkəti qaydalarını kobud şəkildə pozub. O, sükan arxasında bütün bunları öz telefonu ilə qeydə alaraq sosial şəbəkədə paylaşıb.
 
Müğənni öz videolarında bir neçə qayda pozuntusuna yol verib.
 
Belə ki, o, ilk növbədə nəqliyyat vasitəsi hərəkətdə olan zamanı telefonu əldə saxlamaqla ondan istifadə edir. Daha sonra isə ötmək qadağandır nişanının təsir sahəsində zolağı dəyişərək iki avtomobili ötür, sürəti çox olduğuna görə sərt döngələrdə zolaqdan çıxaraq lüzumsuz yerə manevr edir və dairəyə yaxınlaşan zaman yerdəki düz xətti kəsərək əks istiqamətə çıxıb yenidən öz zolağına qayıdır.
 
Həmin görüntüləri təqdim edirik:
///Avtosfer.az
OXŞAR XƏBƏRLƏR