Nadir Qafarzadədən iddialara cavab: "Təki elə hamı mənim kimi vəfalı olsun"

Nadir Qafarzadədən iddialara cavab: "Təki elə hamı mənim kimi vəfalı olsun"
MAQAZİN
11:59 07.01.2024
174

Bir neçə gün öncə vəfat edən Əməkdar artist Gülbahar Şükürlünün vida mərasiminə sənət yoldaşlarının gəlmədiyi iddia edilmişdi.

AZXEBER.COM xəbər verir ki, müğənni Nadir Qafarzadə bu haqda gəzən söz-söhbətə son qoyub.

O, sosial media hesabında yayımladığı videoda əməkdar artistin canını tapşırdığı andan etibarən evində, ailəsinin yanında olduğunu bildirib:

"Onu hələ yumağa belə aparmamışdılar, mən evində idim. Bir də Nüşabə Ələsgərli. Başqa heç bir kəs yox idi. Dəfndə isə bir neçə adamı görürsüz və yazırsız ki, başqa heç kim yox idi. Gecə saat 22:00-da ən birinci mən və Nüşabə xanım orda idi. Ailəsi, övladları, bacıları ilə birlikdə. Heç kimin haqqına girməyin”.

Qafarzadə, son günlərinə qədər Şükürlünün yanında olduğunu qeyd edib:

" Gülbahar xanım həyat yoldaşına qovuşdu. Qoyun rahat yatsın. O çox əziyyət çəkirdi, bunu mən deyirəm. Mən bəlkə də doğmalarımı o qədər görmürdüm, nəinki Gülbahar xanımı. Baş çəkirdim ona, söhbət edirdik, deyib-gülürdük. Mən vəfalı dostam, təki elə hamı mənim kimi osun”.

 

Aysel

OXŞAR XƏBƏRLƏR