Nadir Şəfiyev: “Ermənistanın həyata keçirdiyi siyasət bu dövlərin başında çanaq kimi çatlayır”

SİYASƏT
14:21 29.12.2014
1512

Nadir Şəfiyev: “Ermənistanın həyata keçirdiyi siyasət bu dövlərin başında çanaq kimi çatlayır”

“Ermənistanın həyata keçirdiyi siyasət bu dövlərin başında çanaq kimi çatlayır. Buna baxmayaraq ermənilər Azərbaycan torpağından əl çəkmək istəmirlər. Hətta başlarına min cür bəla gəlsə belə”. Bu fikirləri politoloq Nadir Şəfiyev ötən həftə ermənilərin kəşfiyyat-təxribat qrupu qoşunların təmas xəttində törətdiyi insidenti şərh edərkən söyləyib. Politoloqun fikrincə ermənilər öz fırıldaqlarından geri qalmaq istəmirlər. Ancaq hadisələr Azərbaycanın qələbəsi ilə nəticələnir.
N.Şəfiyevin sözlərinə görə, ötən həftə Ermənistan kütləvi informasiya vasitələri dəfələrlə Ermənistan Müdafiə Nazirliyinə istinadən Azərbaycan tərəfinin müxtəlif diversiya aktlarının həyata keçirmələri barədə məlumat veriblər. “Elə həmin vaxt bir sıra təhlilçilər deyirdilər ki, Ermənistan növbəti hoqqabazlığa hazırlaşır. Çünki belə məlumatlardan sonra Azərbaycan hərbçilərinə qarşı diversiya aktları törədilirdi. Biz yanılmadıq, həftə ərzində növbəti belə bir diversiya törətməyə çalışdılar və cavablarını aldılar”-deyə siyasi şərhçi vurğulayıb.
 https://www.youtube.com/watch?v=oMlYUTCBgIg
“Prezident İlham Əliyev siyasətinin nəticəsidir ki, Azərbaycanı qərblə Rusiyanın mübarizə meydanına çevrilmədir” 
Ukrayna ətrafında cərəyan edən hadisələr Rusiyanı təhlükəli duruma gətirib çıxarıb. Rusiyanın Avrasiya İttifaqı çərçivəsində ətrafına yığdığı dövlətlər isə bu ölkəyə dayaq dura biləcək ölkələr deyil. Bunu siyasi şərhçi, politoloq Nadir Şəfiyev bəyan edib.  Şərhçinin sözlərinə görə, bir neçə il öncə məhz Ukrayna deyil, onun əvəzində Azərbaycanın qərblə Rusiya arasında qarşıdurma meydanına çevrilməyəcəyinə heç kim zəmanət verə bilməzdi. Həmçinin qərblə Rusiya arasındakı qarşıdurmanın mərkəzində Ukrayna olacağını heç kim proqnozlaşdıra biməzdi. “Qafqazın barıt çəlləyi olmasını isə hamı söyləyirdi və bu regionda vəziyyətin stabil olması Azərbaycan tərəfindən yürüdülən siyasətin nəticəsi idi”-deyən politoloq hesab edir ki, Azərbaycanın siyasətdə və iqtisadiyyatda həyata keçirdiyi addımlar Qafqazda gözlənilən partlayışın qarşısını aldı. Nəticədə Qafqaz sabit inkişaf mərkəzinə çevrildi. 
N.Şəfiyevin sözlərinə görə, Ukrayna isə hazırda böyük qırğınla üz-üzədir. Ölkə vətəndaşları bir-biri ilə döyüşür. Bütün bunlar Ukrayna xalqının iki nəhəng qüvvənin qarşıdurması fonunda parçalanmasına səbəb olub. 
Politoloqun sözlərinə görə, Azərbaycanda həyata keçirilən siyasət bir sıra dünya güc mərkəzlərinə belə sabitliyi pozmağa imkan vermir. “Azərbaycanın bu yolu qoruyub saxlamasının və lider dövlət olaraq bölgədə inkişafa nail olması, digər ölkələrin də rifahına təkan verməsi həyata keçirilən siyasətin nəticəsidir və bu siyasətin başında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev durur”-deyə siyasi şərhçi vurğulayıb.
 
OXŞAR XƏBƏRLƏR