Nadirdən etiraf: "Azərbaycanda duet oxumağı arzuladığım sənətçi yoxdur"

Nadirdən etiraf: "Azərbaycanda duet oxumağı arzuladığım sənətçi yoxdur"
MAQAZİN
11:41 02.02.2026
281
"Elə bir müğənni yoxdur ki, mən onunla duet oxumağı arzulayım".
 
AZXEBER.COM xəbər verir ki, bu sözləri "Avroviziya" təmsilçimiz Nadir Rüstəmli deyib.
 
"Mədəni şou" verilişində qonaq olan Nadir fikriləri ilə diqqət çəkib:
 
"Elə bir müğənni yoxdur ki, mən onunla duet oxumağı arzulayım. Burada bəzi xırda məsələlər var. Azərbaycanda duet oxuduğum müğənnilər olub, oxuyacağım müğənnilər də var, oxumaq istədiklərim də. Mənə duet təklif edənlər də var. Bəziləri var ki, o işbirliyi mənə də maraqlı gəlir. Amma duet oxumağı arzulayacağım biri yoxdur. Bu ancaq xarici müğənnilər üçün ola bilər. Onlardan biri İmagine Dragons, biri də "The wekend"dir. Bunlar mənim üçün arzudur. İnşallah bunu da reallaşdıracağam.
 
Azərbaycanda isə Alim Qasımov, Elnur Hüseynov, Zamiq Hüseynov, Murad Arif, xanımlardan da təbii ki, Röya xanım və Aygün xanımla maraqlı bir şeylər ərsəyə gətirmək olar".
 
Aysel 


OXŞAR XƏBƏRLƏR