Naftalan “Çörək festivalı”nda iştirak etdi - FOTOLAR

Naftalan “Çörək festivalı”nda iştirak etdi - FOTOLAR
SOSİAL
16:56 19.10.2021
1217
Bakı şəhərində Kənd Təsərrüfatı Naziriyinin dəstəyi, Taxılçılar Assosiyasiyasının təşkilatçılığı ilə "Çörək festivalı” keçirilib. Dünya çörək gününə həsr olunmuş Festivalda Azərbaycanda istehsal olunan buğda sortlarından hazırlanmış 100 dən çox çörək növü və un məmulatları nümayiş etdirilib.

Regionların da qatıldığı həmin tədbirdə Naftalan nümayəndələri ŞİH-nin təşkilatçılığı, "Çinar Hotel & Spa”-nın dəstəyi ilə 17 növdə çörək və süd məhsulları, müxtəlif növ meyvə və meyvə şirələri ilə iştirak edib. Azərbaycanda müalicəvi turizmin mərkəzi sayılan Naftalan şəhəri sərgilədiyi milli mətbəx nümunələri və çörək növləri ilə xarici qonaqların marağına səbəb olub. Həmçinin diplomatik korpusların, özəl sektorların nümayəndələrinə şəhərimiz və milli mətbəximiz haqqında ətraflı məlumat verilmiş, təamlarımız ikram olunmuşdur. Tədbir unikal neftə sahib olan şəhərimizin dünyada daha da tanınmasına və kulinariyamızın təbliğındə böyük əhəmiyyət kəsb edəcəkdir.

Ölkələr arasında kulinariya sahəsində əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcək olan tədbir konsert proqramı ilə davam etdirilib.
 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR