Naftalan Şəhər İcra Hakimiyyəti və Millət vəkili tərəfindən aztəminatlı ailələrə yardım olundu - FOTOLAR

Naftalan Şəhər İcra Hakimiyyəti və Millət vəkili tərəfindən aztəminatlı ailələrə yardım olundu - FOTOLAR
SOSİAL
11:14 18.04.2020
1971
Koronavirus infeksiyasının sürətlə yayılma təhlükəsini nəzərə alaraq ölkəmizdə elan olunmuş xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq, Naftalan şəhərində profilaktik tədbirlərlə yanaşı, eyni zamanda sosial tədbirlərdə həyata keçirilir.

AZXEBER.COM xəbər verir ki, Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov və Milli Məclisin deputatı Anar Məmmədov tərəfindən aztəminatlı ailələrə, qayğıya ehtiyacı olan və tənha yaşayan vətəndaşlara yardım edilib.

Müxtəlif ərzaq məhsullarından və tibbi ləvazimatlardan (tibbi spirt, maskalar və əlcəklər) ibarət bağlamalar Şəhər İcra Hakimiyyətinin əməkdaşları tərəfindən sahiblərinə çatdırılıb.
 

 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR