İcra başçısı onlayn qaydada vətəndaşların növbəti qəbulunu keçirdi

İcra başçısı onlayn qaydada vətəndaşların növbəti qəbulunu keçirdi
SOSİAL
14:38 21.12.2020
448
Fərdi qaydada və karantin rejiminin tələblərinə uyğun keçirilən onlayn qəbulda vətəndaşların qayğı və problemləri ilə maraqlanılıb. Müraciətlərin əsas məzmunu işlə təmin olunma, torpaq sahəsi əldə edilməsi və sair məsələlərlə bağlı olub.

AZXEBER.COM xəbər verir ki, bəzi məsələlər qəbul zamanı həllini tapıb. Araşdırılması tələb olunan müraciətlərə baxılması ilə bağlı müvafiq tədbirlərin görüləcəyi, aidiyyəti qurumlar qarşısında məsələlərin qaldırılacağı bildirilib.

Qəbula gələnlər onların müraciətlərinin dinlənilməsindən məmnunluqlarını ifadə edərək ölkədə və Naftalanda həyata keçirilən müxtəlif sosial layihələrə, abadlıq-quruculuq işlərinə görə möhtərəm cənab Prezident İlham Əliyevə və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR