Naftalanda aztəminatlı ailələrə bağlamalar paylanıldı - FOTOLAR

Naftalanda aztəminatlı ailələrə bağlamalar paylanıldı - FOTOLAR
SOSİAL
15:17 09.07.2020
889
 Xüsusi karantin rejimi dövründə xüsusi yardıma və qayğıya ehtiyacı olan aztəminatlı ailələrə və təqaüdçülərə AzQAC tərəfindən "Procter&Gamble” şirkətinin dəstəyi ilə gigyenik vasitələrdən ibarət bağlamalar paylanılıb.

AZXEBER.COM xəbər verir ki, bağlamalar Şəhər İcra Hakimiyyətinin və AzQAC-ın Goranboy-Naftalan şəhər bölməsinin əməkdaşları tərəfindən qeyd olunan kateqoriyadan olan 35 ailənin ünvanına çatdırılıb.

Vətəndaşlar göstərilən diqqət və qayğıya görə möhtərəm cənab Prezident İlham Əliyevə və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR