Naftalanda aztəminatlı ailələrə yardım paylanıldı - FOTOLAR

Naftalanda aztəminatlı ailələrə yardım paylanıldı - FOTOLAR
SOSİAL
12:37 28.01.2021
469
AzQAC tərəfindən Naftalanda xüsusi yardıma və qayğıya ehtiyacı olan aztəminatlı ailələrə qab-qacaq, mətbəx seti və geyim əşyalarından ibarət bağlamalar təqdim olunub.

AZXEBER.COM xəbər verir ki, bağlamalar İcra Hakimiyyətinin və AzQAC-ın Goranboy-Naftalan şəhər bölməsinin əməkdaşları tərəfindən qeyd olunan kateqoriyadan olan 100-ə yaxın ailəyə təqdim olunmuşdur.

Vətəndaşlar göstərilən yüksək diqqət və qayğıya görə, eləcə də ölkəmizdə və Naftalanda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə görülən tədbirlərə görə möhtərəm cənab Prezidentimiz İlham Əliyevə və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
 

 

 

 


OXŞAR XƏBƏRLƏR