Naftalanda evdən kişi meyiti aşkarlandı

Naftalanda evdən kişi meyiti aşkarlandı
SOSİAL
22:56 11.02.2026
785
Naftalanda yaşayış evində 54 yaşlı kişinin meyiti aşkarlanıb.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən evlərin birində qeydə alınıb.

Bildirilib ki, Laçın rayon sakini, 1972-ci il təvəllüdlü R. Həsənovun meyiti Naftalanda yaşadığı evdə tapılıb. Ölümün səbəbi hələ məlum deyil.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub. Meyit müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin yerli şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR